Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda baramaçılığın inkişafı üçün tədbirlər görülür

05 dekabr 2016 | 16:00

Azərbaycanda vaxtilə yüksək gəlir gətirən baramaçılıq sahəsi son 20-25 ildə ciddi tənəzzülə uğrayıb. Hələ keçən əsrin 70-80-ci illərində Azərbaycanda hər il orta hesabla 4-5 min ton barama istehsal olunurdu. Həmin dövrdə Azərbaycan barama istehsalında dünyada 8-ci, SSRİ-də isə 2-ci yeri tuturdu. Lakin buna baxmayaraq, hazırda Azərbaycanda baramaçılığın əvvəlki şöhrətini qaytarmaq üçün tədbirlər həyata keçirilir.
Hazırda möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının ölkəmizdə ixracyönümlü məhsulların, o cümlədən baramaçılığın inkişafı ilə bağlı tapşırıqlarına əsasən, cari ildən Qazaxda da bu sahəyə böyük diqqət və maraq göstərilir. Təbii ki, baramaçılığın inkişafı ilk növbədə möhkəm yem bazasından asılıdır və hazırda rayonda Çin Xalq Respublikasından gətirilmiş tinglərdən yeni tut bağları salınır, köhnə bağlar isə bərpa olunur. Ümumilikdə bu il rayonda 22000 ədəd tut tinginin əkilməsi nəzərdə tutulmuşdu. Bundan 2000 ədədi noyabr ayında əkilmişdir.  Dekabr ayında isə 20000 ədədin əkilməsi üçün əvvəlcədən ayrılmış sahələrdə şumlama və hamarlama işləri aparılmışdır. Dekabr ayının 3-də rayonun  kəndlərində tut tinglərinin əkininə başlanılmışdır. Elə ilk gündəcə sahələrə yüksək aqrotexniki qaydaya uyğun 20000 ədəd tut ağacı əkilmişdir. Tut ağaclarının əkini ilə təsərrüfatlarda yeni iş yerlərinin açılması nəzərdə tutulur.
Rayonda kənd təsərrüfatının digər sahələri, taxılçılıq, kartofçuluq, tərəvəzçilik, yemçilik, heyvandarlıq  və çuğundur əkini də uğurla inkişaf etdirilir.

Keçidlər