Arxların təmizlənməsi işləri yaxın vaxtlarda başa çatdırılacaqdır
Qazaxda möhtərəm prezidentimiz İlham Əliyev cənablarının ölkəmizdə kənd təsərrüfatının inkişafı, məhsuldarlığın daha da artırılması, əkin sahələrinin genişləndirilməsi və yeni torpaqlarının dövriyyəyə qatılması ilə bağlı tapşırıqları uğurla icra olunur. Rayonda bu sahəyə böyük diqqət və qayğı göstərilir. Təbii ki, kənd təsərrüfatının inkişafı ilk növbədə bitkinin vaxtında suvarma suyu ilə təmin olunmasından asılıdır. Odur ki, rayonda sudan itkisiz və səmərəli istifadə olunması məqsədilə su kanallarının və arxların təmir olunması, kol-kosdan, lildən təmizlənməsi və ötürücülük gücünün artırılması sahəsində işlərə başlanılmışdır. Ümumi uzunluğu 268 km olan kanal və arxların rayonun Aslanbəyli, Yuxarı Salahlı, Alpout, Kommuna və Hüseynbəyli kəndlərinin ərazisindən keçən hissəsinin təmizlənməsi işlərinə başlanılmışdır.
Əvvəlcədən aparılmış hazırlıq işləri nəticəsində arxların təmizlənməsi işlərinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulmuşdur.