Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda əkin işləri sürətlə davam edir

08 dekabr 2016 | 16:00

Qazaxda ölkə prezidenti İlham Əliyev cənablarının ölkədə qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatlarına yararlı əkin sahələrinin genişləndirilməsi, keyfiyyətli şum, əkin-səpin işlərinin aparılması və məhsuldar toxum sortlarının əldə olunması sahəsində tapşırıq və tövsiyələri uğurla həyata keçirilir.
2017-ci il üçün rayonda 8558 hektar sahədə taxıl, o cümlədən 6138 hektar buğda, 2420 hektar arpa əkilməsi nəzərdə tutulmuşdur. Dekabr ayının 8-dək 9446 hektar sahədə taxıl, o cümlədən 7207 hektar sahədə buğda, 2259 hektar sahədə arpa səpini aparılmışdır. Bu ötən ilə nisbətə xeyli çoxdur.
Hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir.
Bundan başqa taxıl səpini aparılmış sahələrdə suvarma və ziyanvericilərə qarşı mübarizə tədbirləri də həyata keçirilir.

Keçidlər