“Məzhəblərarası dialoqda multikulturalizm dəyərlərindən istifadə edilməsi” layihəsi çərçivəsində görüş-toplantı keçirilmişdir
Qazaxdakı Çaylı kənd 1 və 2 saylı tam orta məktəblərdə “Məzhəblərarası dialoqda multikulturalizm dəyərlərindən istifadə edilməsi” layihəsi çərçivəsində görüş-toplantı keçirilmişdir. Toplantıda RİHB Aparatının məsul işçiləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb Bölgəsi üzrə şöbəsinin rəhbərliyi və əməkdaşları, Rayon Prokurorluğunun, Dövlət Təhlükəsizlik Xidmətinin rayon şöbəsinin əməkdaşları, icra nümayəndələri, məktəb direktorları, müəllim və yuxarı sinif şagirdləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə RİHB Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov açmış və prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və multikultural dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncamların əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, maliyyə vəsaitinin ayrılması ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədi yerlərdə dini maarifləndirmə və multukultural dəyərlərin qorunması sahəsində aparılan işlərin yüksək səviyyə çatdırılmasıdır.
Tədbirdə çıxış edən Dini Qurumlar üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə şöbəsinin müdiri Eldəniz Vəliyev, şöbənin məsləhətçisi Rasim Tağıyev, DTX-nin rayon şöbəsinin əməkdaşı Akşin Musalı, Rayon Prokurorunun köməkçisi Nəriman Əsədov, RİHB Aparatında aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova, Çaylı kənd məscidi dini icmasının sədri Sahilə Orucova, Çaylı kənd 2 saylı tam orta məktəbin direktoru Abbas Carçıyev, Çaylı kənd İƏD üzrə nümayəndəsi Ceyhun Binnətov və başqaları çıxış etmişlər. Çıxış edən natiqlər dini icmaların həyata keçirdikləri layihələrdə multikultural dəyərlərimizin geniş təbliğ olunmasının, eyni zamanda məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısının alınmasının, dini radikalizmə qarşı mübarizədə bütün ictimaiyyət nümayəndələrinin fəal iştirak etmələrinin əhəmiyyəti barədə ətraflı məlumat vermişlər
Sonda tədbir iştirakçıları və xüsusilə gənclərlə dialoq formasında maraqlı fikir mübadiləsi aparılmışdır.