Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax şəhərində və rayonun kəndlərində ümumrayon iməciliyi keçirilmişdir

16 dekabr 2016 | 16:00

  Son aylarda Qazax rayonunda tikinti-abadlıq işlərinə və yolların, səkilərin, park və xiyabanların, qəbiristanlıqların, abad və təmiz saxlanılmasına xüsusi diqqət və qayğı dəstərilir. Bu məqsədlə rayonun şəhər və kəndlərində vaxtaşırı ümumrayon iməcilikləri keçirilir. Belə iməciliklərdən biri 10-11 dekabr 2016-cı il tarixlərində təşkil olunmuşdur.  Bundan ötrü rayonda əvvəlcədən hazırlıq işləri aparılmış, rəhbərlik tərəfindən lazım olan bütün köməkiklər göstərilmişdir.
  İməcilik zamanı qəbiristanlıqların abadlaşdırılması, təmizlənməsi işlərinə daha çox diqqət yetirilmişdir. Həmin ərazilər kol-kosdan, köhnə ağac və tullantılardan təmizlənmişdir. Qəbiristanlıqlara gedən yollar  təmir olunaraq abadlaşdırılmışdır.
Bundan əlavə, kənddaxili yollarda, ətraf ərazilərdə, məktəblərin, mədəniyyət və səhiyyə müəssisələrinin, uşaq bağçalarının həyətində təmizlik işləri aparılmış, məişət tullantıları götürülərək səliqə-səhman yaradılmışdır.
  Rayonun Kəmərli, Qaymaqlı, Birinci Şıxlı, Aşağı Salahlı, Cəfərli, Xanlıqlar, Ağköynək, Hüseynbəyli və Kosalar kəndlərində insanlar iməciliklərdə daha fəal iştirak etmişlər.

Keçidlər