Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda tikinti-abadlıq və yenidənqurma işləri davam edir

19 dekabr 2016 | 16:00

Qazax şəhərində tikinti-abadlıq, yenidənqurma və küçələrin abadlaşdırılması sahəsində aparılan işlərin həcmi daha da artır. “Fəxri Qazaxlılar” parkında işlər başa çatmışdır. Parkın 4443 kvadrat metr sahəsinə tamet döşənmişdir, 1656 paqon metr uzunluğunda yeni bardürlar düzülmüşdür. Yeni işıqlandırma sistemi qurulmuş, yeni oturacaqlar qoyulmuş və qazon, dekorativ ağac və gül kolları əkilmişdir. Rayonun görkəmli şəxsiyyətlərinə qoyulmuş 12 büst restavrasiya olunaraq müasir görkəmə salınmışdır.
Hazırda abadlıq işləri üçün şəhərin Şəhidlər Xiyabanı küçəsində, Cümə  məscidinin qabağında hazırlıq işlərinə başlanılmıdşır. Həmin ərazinin ümumi sahəsi 2 min kvadrat metrdir. Əraziyə tamet döşənməsi, 250 paqon metr uzunluğunda bardür düzülməsi nəzərdə tutulmuşdur. Bundan başqa, burada da işıq sisteminin yenidən qurulması və digər işlərin görülməsi planlaşdırılmışdır.
Sonra bu cür abadlıq işləri H.Əliyev prospektində S.Vurğunun heykəlinin və “Dədə Qorqud” abidə kompleksinin qarşısında aparılacaqdır.
Bundan başqa, şəhərin küçələrində təmir-tikinti və abadlıq işlərinə başlanılmışdır. Artıq N.Nərimanov 1, 2 və 3, F.Qayıbov, Ə.Şıxlinski, M.Hüseyn, S.Vurğun, H.Arif, H.Z.Tağıyev, M.V.Vidadi və M.Dilbazi küçələrində təmir işləri başa çatmışdır. Hazırda M.Ə.Rəsulzadə, Azadlıq, Bakı və həmin küçələrlə kəsişən küçələrdə işlər davam edir. Küçələrə qum-çınqıl daşınır, çalalar doldurulur və yollarda hamarlama işləri aparılır.

Keçidlər