Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid polislərin xatirəsinə tikilmiş bulaq kompleksi yenidən qurulmuşdur

23 dekabr 2016 | 16:00

Erməni silahlı birləşmələrinin ölkəmizə təcavüzü başlayandan bəri Qazax rayonundan 279 nəfər şəhid olmuşdur. Onlardan 5 nəfəri polis əməkdaşı idi və vəzifə borcunu yerinə yetirərkən  qəhrəmancasına şəhid olmuşdur. Həmin şəhidlərdən Çobanov Şamoy Məhyəddin oğlunun, Mikayılov Azad Tanrıverdi oğlunun, Aslanov Ruslan Yaqub oğlunun, Məmmədov Natiq Məhəmməd oğlunun və Yolçuyev Fərman Sabit oğlunun xatirəsinə Qazax şəhərinin mərkəzində - Azadlıq küçəsində “Şəhid polislərin xatirəsinə” adlı bulaq kompleksi tikilmişdir. Lakin uzun illər keçməsinə görə kompleks fiziki və mənəvi korroziyaya uğramış və baxımsız hala düşmüşdür. Odur ki, İcra başçısı cənab Rəcəb Babaşovun tapşırığına əsasən abidə kompleksində yenidənqurma işlərinə başlanılmışdır.  Hazırda kompleksdə işlər başa çatmış və bulaq öz görkəmini dəyişmişdir.
Rayonumuza gələn qonaqlar və yerli sakinlər görülmüş işlərdən razılıq edirlər. Şəhid polis əməkdaşlarının doğmaları və valideynləri dövlət başçısına dərin minnətdarlıqlarını bildirirlər.
Rayonda bu istiqamətdə işlər davam edir. Hazırda Azərbaycanın Milli Qəhrəmanı Nəsibov Mərfət Əhməd oğlunun xatirəsinə tikilmiş bulaq kompleksində yenidənqurma işlərinə başlanılmışdır.  Tikinti işləri yaxın vaxtda başa çatdırıalacaqdır.

Keçidlər