Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxın şəhər və kəndlərində sakinlərlə keçirilən görüşlər davam edir

09 yanvar 2017 | 16:00

Xalqın arasında olmaq, əhalini narahat edən problemləri onların dilindən eşitmək məqsədilə Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun rayon sakinləri və məcburi köçkünlərlə keçirdiyi görüşlər davam edir.
Ötən gün həftənin istirahət günü olmasına baxmayaraq rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov Qazaxbəyli kəndində məcburi köçkünlər üçün yeni salınmış qəsəbədə olub.
  Rayon rəhbərliyi qəsəbədəki bağça binasına baş çəkib, lazımi tapşırıq və tövsiyələrini verdikdən sonra qəsəbədə məskunlaşmış məcburi köçkünlərlə görüşüb. Görüşə toplaşanlar İcra başçısını böyük səmimiyyətlə qarşılamışlar.
Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov qəsəbə sakinləri ilə görüşü zamanı bildirmişdir ki, mən buraya məcburi köçkünlərin yerləşdiyi “Göy bina” deyilən yaşayış massivindən gəlirəm. Orada heç bir problem yoxdur. Yaxın vaxtlarda həmin bina da təmir olunacaqdır. Görüşünüzə gəlməyimin məqsədi sizi narahat edən məsələləri sizin öz dilinizdən eşitmək və onları aradan qaldırmaq üçün tədbirlər görməkdir. Bildiyiniz kimi, rayonumuzda tikinti-abadlıq işləri davam edir. Yeni iş yerləri yaradılır. Uzun illər əkilməyən, istifadəsiz qalmış torpaq sahələrinin dövriyyəyə cəlb olunması nəticəsində rayonda əkin sahələri iki dəfədən çox artmışdır. Bu gün rayonumuzda demək olar ki, əkilməmiş torpaq sahəsi qalmamışdır. 
Bu qəsəbədə də qaz, işıq və istilik barədə heç bir problem yoxdur.
Sonra söz qəsəbə sakinlərinə verilmişdir. Ağsaqqal Nüsrəddin Hacıyev həftənin istirahət günü olmasına baxmayaraq onlarla görüşə gəldiyinə görə, məcburi köçkünlərə diqqət və qayğı göstərdiyinə görə bütün qəsəbə sakinləri adından cənab Rəcəb Babaşova öz dərin minnətdarlığını bildirmişdir.  Qeyd etmişdir ki, bu gün rayonda sağlam mühit, əmək intizamı, şəffaflıq hökm sürür. Hamı öz sözünü deyə bilir. Bu da ondan irəli gəlir ki, siz icra başçısı kimi həmişə xalqın içində olursunuz.  Siz sərhəd kəndində olanda özünüzü həmin kəndin sakini, məcburi köçkünlərlə görüşəndə isə özünüzü bir məcburi köçkün kimi hiss edirsiniz. Bu gün qəsəbədə demək olar ki, hər şeyimiz var. Poçt, avtobus, səhiyyə - bütün sahələr fəaliyyət göstərir. Bu günlərdə isə sizin göstərişinizlə xeyir-şər üçün çadır quraşdırılıb.
Lakin bütün bunlarla yanaşı Nüsrəddin müəllim bir sıra həlli vacib olan məsələlərdən də danışmışdır. Qeyd etmişdir ki, qəsəbədə bərbərxana, ət satışı məntəqəsi, mağaza, ilkin tibbi yardım üçün lazım olan dərman satışı məntəqəsinə ehtiyac vardır.
Bağanıs Ayrım kəndindən olan məcburi köçkünlərdən Zərbəçi Xasayev, Ramiz Adıgözəlov, Aşağı Əskipara kəndindən olan məcburi köçkünlərdən Tünzalə Əsgərova, Şəfiqə Əliyeva, Sevda Hacıkərimova və başqaları çıxış edərək öz arzu və istəklərini bildiriblər.
Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov sakinləri diqqətlə dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə aidiyyəti təşkilat rəhbərlərinə göstəriş lazımi göstəriş verib və bildirmişdir ki, həmin məsələlər yaxın günlərdə öz həllini tapacaqdır.
Görüşdə məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı İlham Əliyev cənablarına dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər