Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax şəhərinin abadlaşdırılması sahəsində işlər davam edir

10 yanvar 2017 | 16:00

Qazax şəhərinin abadlaşdırılması sahəsində tikinti-quruculuq və abadlıq işləri davam edir. Şəhərin Fəxri Qazaxlılar, N.Nərimanov parklarında, Şəhidlər Xiyabanında, Cümə məscidinin və Ədəbiyyat Muzeyinin qarşısında işlər başa çatdıqdan sonra S.Vurğun M.Ə.Rəsulzadə, M.Hüseyn, Azadlıq, Bakı, N.Nərimanov, F.Qayıbov, Ə.Şıxlinski, H.Arif, Z.Tağıyev, M.V.Vidadi və M.Dilbazi küçələrində maşın-mexanizmlərin köməyi ilə təmizlik və abadlıq, hamarlama işləri aparılmış, küçələrə asfalt  və   qum-çınqıl döşənmişdir.
Hazırda əsas işlər Heydər Əliyev prospektində aparılır.  Prospektin 5 km uzunluğu olan hissəsində köhnə bardürlar sökülərək götürülür, yerinə yeni, müasir bardürlar düzülür. Ərazidə işıq dirəklərinin və bütövlükdə işıq sisteminin də əsaslı təmir olunaraq yenidən qurulması, küçənin 3 km-lik hissəsində yeni yaşıllıq zolağının yaradılması, dekorativ ağacların və gül kollarının əkilməsi nəzərdə tutulmuşdur.
Bundan sonra abadlıq işləri S.Vurğunun Heydər Əliyev prospektində yerləşən heykəlinin və Dədə Qorqud abidə kompleksinin qarşısında aparılacaqdır.
Rayon sakinləri görülmüş işlərə görə Ölkə Prezidenti İlham Əliyev cənablarına minnətdarlıqlarını bildirirlər.

Keçidlər