Şriftin ölçüsü :

Saytın rəngi :

Ağköynək və Xanlıqlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində hesabat yığıncaqları keçirilmişdir

18 yanvar 2017 | 16:00

Hesabat yığıncağını giriş sözü ilə Qazax rayonu İcra Hakimiyyəti başçısının müavini  Gulaya Həsənova açmış, 2016-cı ildə ölkənin sosial-iqtisadi inkişafı, tikinti-abadlıq işləri barədə yığıncaq iştirakçılarına ətraflı məlumat vermişdir. Bildirmişdir ki, ötən il rayonumuz üçün də uğurlu olmuşdur və tikinti-abadlqı işləri daha da genişlənmişdir. Bütün bunların ölkə prezidenti İlham ƏIiyev cənablarının düzgün siyasətinin nəticəsi olduğu bildirilmişdir.
Sonra hesabat üçün söz Ağköynək kənd icra nümayəndəsi Vadim Əmiraslanova verilmişdir. Hesabat məruzəsində bildirilmişdir ki, Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatın inkişaf dövrünü yaşayır. Bu dövr ərzində ölkəmiz dünya  miqyasında öncül yerlərdən birini tutmuşdur. Bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr ölkəmizin qüdrətini daha da artırmışdır. Dünya bazarında neftin qiymətinin kəskin azalması nəticəsində gəlirlərimiz bir neçə dəfə azalsa da Azərbaycan iqtisadiyyatı öz davamlılığını qoruyub saxlaya bilmiş, iqtisadi sabitlik təmin edilmişdir. Bütün çətinliklərə baxmayaraq ölkəmizin neft sektoru 5 %, kənd təsərrüfatı isə 2,6 % artmışdır.
Ötən il Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı işlər daim diqqət mərkəzində olmuşdur. Aprel döyüşlərində əldə edilmiş tarixi qələbə Azərbaycan ordusunun daha güclü və qüdrətli olduğunu bir daha təsdiqləmişdir.
Ötən il ölkə prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə reallaşdırılan strateji kurs ictimai-siyasi sabitliyi və tərəqqini də ən yüksək səviyyədə təmin etmişdir. Son 10 il ərzində iqtisadiyyatımız xeyli artmış və iqtisadi inkişafın davamlığına görə Azərbaycan dünya dövlətləri arasında yüksək yerə çıxmışdır.
Ötən il ərzində rayonumuzda yeni məktəb binaları, sosial obyektlər tikilib istifadəyə verilmiş və yeni yollar salınmışdır. İcra başçısı cənab Rəcəb Babaşovun Qazaxda fəaliyyətə başlaığı ilk gündən bu işlər geniş vüsət almışdır. Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyi və 110/35/6 kilovoltluq “Daş Salahlı” yarımstansiyası tikilmiş, Qazax-Kosalar avtomobil yolu yenidən qurulmuş, “Birinci Şıxlı” kəndli fermer təsərrüfatı yaradılmışdır. Rayonda qısa vaxt ərzində görülmüş işlərə cənab Prezident yüksək qiymət vermişdir.
Ağköynək və Qarapapaq kəndlərində heyvadarlıq məhsuları istehsalı və kənd təsərrüfatı sahəsində də xeyli uğurlar qazanılmışdır. Keçən il sahələrdən 25 ton tərəvəz, 16 ton kartof, 220 ton quru ot, 266 ton üzüm, 45,7 ton meyvə və 288 ton taxıl istehsal olunmuşdur. Bu il kənddə 199 hektar sahədə taxıl əkilmişdir ki, bu da keçən ildəkindən 66 hektar çoxdur. İribuynuzlu mal-qaranın sayı 1625, inək və camışların sayı 670, davarların baş sayı 7400 başa çatmışdır.
Qazax şəhərinin Ağköynək kəndi ilə sərhəddindən başlayaraq Ağstafa rayonunun Dağkəsəmən kəndi ilə sərhəddinə kimi olan magistral yol boyu əraziyə 3000 ədəd ağac əkilmişdir.
Ötən dövr ərzində şəhid ailələrinə, Qarabağ əlillərinə, Qarabağ Müharibəsi veteranlarına Rayon İcra Hakimiyyəti tərəfindən maddi yardımlar göstərilmişdir. Şəhid atası Xasməmmədov Mübariz  Qara oğlunun qəbirüstü abidəsinin qoyulması üçün 450 manat birdəfəlik yardım göstərilmişdir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur və təkliflər səsləndirilmişdir. Kənd sakini  Nəzakət Mansurova hər iki kənddə yeni uşaq bağçasının tikilməsi, Sarı Hüseynov pay torpaqlarının əkin dövriyyəsinə qatılması, Tural Mürşüdov “Əhməd” bulağını üstündə kiçik anbarın tikilməsi, Hümbət Poladov kəndə su-kanalizasiya xəttinin çəkilməsi, Sərhəd Məmmədov qəbisristanlığın yanındakı məhəllədə subartezian quyusunun qazılması, Səfurə Rəhimova Ağköynək kənd tam orta məktəbində əlavə sinif otaqlarının təmiri, Şofiq Hacalıyev su arxlarının beton üzlüyə alınması, Rövşən Əliyev evinə qaz xəttinin  çəkilməsinə köməklik göstərilməsi, Gövhər Rəhimova  Bakı-Tbilisi avtomobil yolunun Ağköynək kəndindən keçən hissəsinin  axıradək işıqlandırılması barədə rəy və təkliflərini bildirmişlər.
Xanlıqlar kəndində hesabat yığıncağını Qazax RİHB aparatında ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmməd Alıyev açmış, hesabat dövründə respublikamızda və rayonumuzda sosial-iqtisadi və tikinti-quruculuq sahəsində görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat vermişdir.  Bildirmişdir ki, bütün bu uğurlar ulu öndər Heydər Əliyev siyasi kursunun ölkə prezidenti İlham Əliyev cənabları tərəfindən   uğurla davam etdirilməsinin  nəticəsidir.
Hesabat  zamanı Xanlıqlar kənd icra nümayəndəsi Xasay Balayev bildirmişdir ki, sol illər respublikamızın həyatı yaddaqalan tarixi hadisələrlə zəngin olmuşdur. Bu nailiyyətlər ölkə başçımızın uzaqgörən, məqsədyönlu daxili və xarici siyasətindən irəli gəlir. Ötən 2016-cı ildə Respublikamız həm  daxili, həm də xarici siyasətində bir çox uğurlara imza atılmışdır. Gənc Azərbaycan dövlətinin gündən-günə inkişaf etməsi, dünya dövlətləri sırasında qabaqcıl yer tutması və suveren bir dövlət kimi  dünya əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi bütün bunların bariz nümunəsidir.  Bildiyimiz kimi, cari ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər kabinetinin 2016-cı ilin 9 aylıq sosial iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Həmin iclasda ölkə Prezidenti İlham Əliyev cənabları demişdir ki, 2016-cı ildə bütün dünyada iqtisadi böhran olmasına baxmayaraq Azərbaycan Respublikası bu il də qarşıya qoyduğu vəzifələrin öhdəsindən uğurla gəlmişdir. Bundan əlavə Möhtərəm Prezidentimiz neftdən asılılığı aradan qaldırmaq üçün əlavə tədbirlər planını müzakirə edərək kənd təsərüfatının inkişafı strategiyasının qeyri-neft sektorunun inkişafına xidmət etdiyini söyləmişdir.
       2016-ci ildə  Azərbaycanın uğurla  inkişaf etdiyini, qarşıda duran vəzifələrin icra olunduğunu  qeyd edən ölkə  Prezidenti xüsusi vurğulamışdır ki, bu uğurlar son illər ərzində qeyri neft sektorunun inkişafı sayəsində əldə olunmuşdur.
            Ötən il rayonumuz , o cümlədən Xanlıqlar kəndi üçün də uğurlu olmuşdur. Qazax rayon İcra Hakimiyyəti Başçısı cənab Rəcəb Babaşovun Qazax rayonuna İcra Başçısı təyin edildiyi gündən Qazax rayonunda çox böyük yenidən qurma işlərinə başlanmışdır. Nəinki yenidənqurma işlərində, o cümlədən kənd təsərüfatının inkişafında, yeni iş yerlərinin açılmasında, vətəndaşların qəbulu və onların üzləşdiyi problemlərin vaxtında və səmərəli həll olunmasında çox böyük işlər görülmüşdür. Hesabat ili dövründə Rayonumuzla yanaşı Xanlıqlar kəndində də bir sıra təqdirə layiq işlər görülmüşdür. Kənd əhalisi ilə mütəmadi olaraq görüşlər keçirilmiş, onların problemləri  ətraflı  araşdırılmış və lazimi tədbirlər planı hazırlanaraq icrasına başlanmışdır.  Hesabat ili  ərzində əhalinin qaldırdığı problemlərin bir çoxu artıq öz həllini tapmışdır.   
     Xanlıqlar kəndi Ermənistanla 29 km sərhəddir. Hazırda Xanlıqlar kəndində  3471 nəfər əhali yaşayır ki, bunlar da 925 təsəttüfatda birləşir.
    Kəndin ümumi ərazisi 3805 hektardır. Həyətyanı və tikililər altında olan torpaq sahəsi 141 hektardır. Kənddə aparılan torpaq islahatı nəticəsində torpaqların 457  hektarı dövlət mülkiyyətinə, 2285 hektarı bələdiyyə mülkiyyətinə, 873 hektarı isə 840 ailəyə pay torpağı kimi verilmişdir.
     Kənd əhalisi əsasən əkinçilik və heyvandarlıq məhsullarının istehsalı ilə məşğuldur. Torpaq islahatından sonra əhalinin güzəranı yaxşılaşmış, bir çox sahələrdə: yaşayış evlərinin tikintisində, şəxsi mal-qaranın sayında bu və ya digər sahələrdə əvvəlki illərə nisbətən irəliləyişə nail olunmuşdur. 2016-ci təsərrüfat ilində əkinçilərimiz 400 hektarda payızlıq taxıl, 3 hektarda qarğıdalı, 90 hektarda kartof, 553 hektarda yonca, 60 hektarda tərəvəz əkib becərmişlər.
     Ölkə Prezidentinin kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində yerlərdə kənd təsərrüfatı məhsulları istehsalçıları güzəştli şərtlərlə yanacaq və motor yağları, mineral gübrələr və kənd təsərrüfatı texnikaları ilə təmin olunmuşlar. Kənd ərazisində kənd təsərrüfatı texnikalarının kifayət qədər olması və əvvəlki illərə nisbətən suvarma suyunun səmərəli verilməsi nəticəsində ötən il daha çox kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. 2016-cı təsərrüfat ilində 10520 sentner taxıl məhsulu, 150 sentner qarğıdalı, 9000  sentner kartof, 13200 sentner tərəvəz, 2840 ton yonca  istehsal edilmişdir.  2016-cı ildə kənd təsərrüfatı məhsullarının  istehsalçılarına  əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına əkin aparılmış 568,01 hektar sahə üçün 408 vətəndaşa kart vasitəsilə 37935,70 manat yardım verilmiş, ehtiyacı olanlara 50 faiz  güzəştlə 11 ton mineral gübrə satılmışdır.
     Ölkəmizdə neft dövrü başa çatdığına görə ölkə prezidenti Cənab İlham Əliyevin kənd təsərüfatına ayırdığı diqqət və qayğı nəticəsində Xanlıqlar kəndində baramaçılığın, tütünçülüyün və digər sahələrin inkişafına xüsusi diqqət yetrilmişdir. Hesabat ili ərzində tütün və barama yetişdirilərək aidiyyatı üzrə təhvil verilmişdir.Qarşıda duran 2017-ci il ərzində də kəndimizdə 2 hektar tütün ,200 kq barama və 17 hektar şəkər çuğunduru əkilməsi nəzərdə tutulmuşdur.Buna görə ölkə prezidentinin dəstəyi ilə baramaçılığın inkişafı üçün xaricdən gətrilmiş 1000 ədəd tut ağacı əkilmiş,şəkər çuğunduru üçün 17 hektar torpaq sahəsi şumlanmışdır.
       Hesabat ilində kənd əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində də bir sıra məqsədyönlü işlər görülmüşdür. Qazax rayonu İcra Hakimiyyəti Başçısının Xanlıqlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2016-ci ildə öz işini Respublika Prezidentinin Fərman və Sərəncamlarından, eləcə də Qazax rayon İcra Hakimiyyəti  Başçısı  aparatının verdiyi tapşırıqlardan irəli gələn məsələlərin həll edilməsi istiqamətində aparmağa çalışmışdır. Kənddə aparılan işin stil və metodlarında müsbət dəyişikliklər edilmiş, əhali ilə canlı ünsiyyətə, qarşıya çıxan sosial-mədəni problemlərin həllində ictimaiyyət nümayəndələrinin yaxından iştirakına üstünlük verilmişdir. Kənddə görülməsi vacib olan məsələlər ilin əvvəlindən perspektiv iş planına daxil edilmiş, icrası kənddə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinə, maddi-məsul şəxslərə həvalə edilmişdir.
     Xanlıqlar kəndi Qazax rayonunun abad kəndlərindən biridir. Kəndin daim elektrik enerjisi, mavi qaz yanacagı və içməli su ilə təmin edilməsi bunun sübutudur. Xanlıqlar kəndində Həkim məntəqəsi, 512 nömrəlik EATS, Poçtamt, Qazax Peşə liseyi, “Damla” su sexi, “İmperial” MMC, “Azərcell” və “Bakcell” mobil telefon stansiyaları, 35-10 kv-luq yarımstansiya, məişət xidməti obyektləri, mağazalar, təhsil və mədəniyyət  müəssisələri fəaliyyət göstərir. Bu müəssisə və obyektlərdə yüzlərlə kənd sakinləri işləyir öz maddi ehtiyaclarını ödəyir və xalqın xidmətində dururlar. 
    Xanlıqlar kəndinin əhalisinin  maddi rifah halının yaxşılaşdırılmasında və kəndin abadlaşdırılmasında nümayəndəlik öz işini bələdiyyə ilə birgə qurmuş, elektrik transformatorlarının, subartezian quyularının daim işləməsini, içməli su xəttinin, təbii bulaqların dayanıqlığını, kəndarası yolların 9 km-nə yaxın hissəsinin təmir olunmasını təmin  etmişdir. Kənddə yaşayan şəhid ailələrinə, Qarabag müharibəsi Əlillərinə, Böyük Vətən müharibəsi veteranlarına,  imkansız və  kimsəsizlərə  keçirilən bayram tədbirlərində maddi köməkliklər göstərilmişdir.   
   Ümummilli liderimiz Heydər Əliyevin “Təhsil Millətin Gələcəyidir” deməsi əbəs yerə söylənilməmişdir. Hər bir xalqın gələcəyi onun təhsilindən, təhsilə göstərilən diqqət və qaygıdan asılıdır. Belə ki, kənd ərazisində bir Peşə liseyi, bir tam orta ümumtəhsil məktəbi, bir əsas ümumtəhsil məktəbi fəaliyyət göstərir. Ş.Şahvələdov adına Xanlıqlar kənd tam orta ümumtəhsil məktəbində 347 şagird təhsil alır ki, bunların da təlim tərbiyəsi ilə 51 müəllim    məşğul olur. Dərsə davamiyyət, məktəb kollektivində nizam-intizam yaxşı səviyyədədir. 2016-cı il ərzində məktəbi  20 şagird bitirmişdir. Onların  hamısı attestat almış, 7 nəfər ali, 7 nəfər isə orta ixtisas məktəblərinə daxil olmuşlar. Ali məktəblərə qəbul olmuş yeddi şagirddən 1 nəfər Həsənli Əfəndi Mustafa oğlu 670 bal toplamış, 3 nəfər isə 500 baldan yuxarı nəticə göstərmişdir. 2016-cı ildə Respublika Təhsil Nazirliyinin “Təhsildə səviyyəliliyin araşdırılması” istiqamətində apardığı araşdırmaya əsasən Qazax rayonu üzrə Xanlıqlar tam orta məktəbi son 3 ilin nəticələrinə görə 1-ci yerə çıxmışdır.
     Hesabat ili ərzində Xanlıqlar kənd sakinlərinin ərizə və şikayətlərinə baxılması, onların qəbul edilərək tələb və təkliflərinin yerinə yetirilməsi sahəsində müsbət işlər görülmüşdür. İl ərzində vətəndaşlardan  12   ərizə  və 31  şifahi müraciət daxil olmuşdur. Ərizələr məzmun etibarı ilə təsərrüfatdan ayrılma və sosial yönümlü müraciətlərdən ibarətdir. Şifahi müraciətlərin  əksəriyyəti isə torpaq sərhədləri, yol, suvarma suyu və qonşu münasibətləri ilə əlaqədar olan məsələlərdir. Həmin şifahi müraciətlər və verilmiş ərizələr vətəndaş müraciət etdiyi gündən dərhal sonra münaqişəli tərəflərin birgə iştirakı ilə    yerində həll edilmiş, tərəflər razı salınaraq işin mahiyyəti onlara izah edilmişdir.  İl ərzində nümayəndəliyə yuxarı təşkilatlardan 24 ədəd məktub, qərar və sərəncam daxil olmuşdur. Məktublara aidiyyatı olaraq cavab verilmiş, qərar və sərəncamların  icrası üçün isə lazımi tədbirlər görülmüşdür.
      2016-cı ilin may ayının 19-dan sonra Qazax rayonunda və kəndlərdə olduğu kimi Xanlıqlar kəndində də böyük dönüş yaranmışdır. Belə ki, Qazax rayon İcra Hakimiyyəti Başçısı cənab Rəcəb Babaşov Qazax rayonuna Başçı təyin olunduğu gündən Xanlıqlar kəndində əhəmiyyətli işlər görülmüşdür.Xanlıqlar kənd sakini tənha qadın Yusibova Şəhniyar Əziz qızına Qazax rayon İcra Başçısı cənab Rəcəb Babaşov tərəfindən fərdi yaşayış evi tikilmiş və bütün avadanlıqlarla təmin olunmuşdur. Bundan başqa kənd üzrə bütün Şəhid ailələri və Qarabağ Əlilləri ilə bir-bir söhbətlər aparılmış, onların problemləri yerindəcə həll olunmuşdur. Belə ki, Xanlıqlar kəndində yaşayan Şəhid ailəsi Kərimova Təranə Telman qızının fərdi yaşayış evi tam təmir olunmuş, Şəhid bacısı Süleymanova Sevinc İdris qızına və 2-ci qrup Qarabağ müharibəsi əlili  aprel döyüşlərinin işrirakçısı Daşdəmirov Əfqan Nüsrəddin oğluna yaşamaq üçün sığınacaq verilmişdir.
         Xanlıqlar kəndində yerləşən Şəhidlər parkında əsaslı təmir işləri aparılmış, “Abidə kompleks” yenilənmiş ətrafına metlax, kafel döşənmiş, 68 metr uzunluğunda hasar çəkilərək suvanıb və rənglənmişdir. Kəndin mərkəzində 2 kilometr uzunluğunda olan asfalt yolun çuxurlarına 16 ton asfalt döşənərək tam yararlı vəziyyətə gətrilmişdir.
2016-cı ildə görülən işlərə, əhalimizin maddi rifah halının yaxşılaşdırılmasına, bütün iqtisadi sahələrdə əhalimizə göstərdiyi diqqət və qayğıya görə mən Xanlıqlar kənd camaatı adından  Ümummilli liderimiz Heydər Əliyevin Siyasi kursunun layiqli davamçısı olan ölkə Prezidentimiz İlham Əliyev cənablarına  və Qazax RİH-nin başçısı cənab Rəcəb Babaşova öz minnətdarlığımızı bildirirəm. Biz Xanlıqlar kənd ictimaiyyəti, kənd ziyalıları bu yolda möhtərəm Prezidentimizin yerlərdə  nümayəndəsi olaraq əlimizdən gələni əsirgəməməli, ümumxalq işinə öz töhfəmizi verməliyik. Gündən-günə çiçəklənən Azərbaycanımızın daha da inkişaf etməsi, dünya dövlətləri sırasında öz layiqli yerini tutması üçün hamı Cənab Prezidentimiz İlham Əliyevin  dəstəkçisi olmalı, ümumxalq işinə öz töhfəsini verməlidir.
Hesabatdan sonra çıxışlar olmuşdur. Kənd sakinlərindən Xatın Hüseynxanova, kənd icra nümayəndəliyi üçün yeni inzibati binanın tikilməsi, Kifayət İsmayılova yeni yaşayış məhəlləsinin qazlaşdırılması, Azad Məmmədov yeni qazılmış subarteziandan evlərə su çəkilməsi, Şayəstə Qurbanova isə kənd uşaq bağçasının əsaslı təmir olunması və Həsən Həsənov isə məktəbin qazanxanasının duru yanacaqdan qaz sisteminə keçirilməsi barədə təkliflərini bildirmişlər. 
Hər iki hesabat yığıncağında  söylənilmiş rəy və təkliflər, qaldırılmış məsələrlə bağlı aidiyyatı qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.
Hesabat yığıncaqlarında rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Gəsənova, RİHB aparatınta ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmməd Alıyev,  şöbə müdirinin müavini Yaşar Əfəndiyev, aparatın məsul işçilər Barat Vəliyev, Qərib Bayramov, Kəmalə Cəfərova və Teybə Hüseynova iştirak etmişlər.

Keçidlər