Xalqın Qan yaddaşı Qazax rayonu İcra Hakimiyyətində anılmışdır
Qazax rayonu İcra Hakimiyyətinin 20 yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə bağlı hazırladığı geniş tədbirlər planına əsasən, rayonun bütün idarə, müəssisə və təşkilatlarında xalqımızın qəhrəman övladlarının əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir.
Qazax rayonu İcra Hakimiyyətində bu məqsədlə yanvar ayının 19-da təşkil olunmuş mərasimi RİHB aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Gündüz Abışov açmış, Azərbaycan xalqının azadlıq mübarizəsinə qarşı Mixail Qorbaçov başda olmaqla imperiya cəlladlarının törətdiyi qanlı hadisələrdən danışmışdır.
Əvvəlcə, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılmış və Qanlı Yanvar hadisələrinə həsr olunmuş sənədli film nümayiş olunmuşdur.
Aparatın məsul işçilərindən Kəmalə Cəfərova, Kamil Mehdiyev, Vüqar Abdullayev, Müşviq Pirverdiyev çıxış etmişlər və 20 yanvar hadisələrini tarixin qan yaddaşı, xalqımızın qəhrəmanlıq tarixi olması barədə danışmışlar.