Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayonunun inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində hesabat yığıncaqları davam edir

24 yanvar 2017 | 16:00

Kəmərli kənd İƏD üzrə nümayəndəlikdə hesabat yığıncağını Qazax rayonu İcra Hakimiyyəti başçısı aparatında ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmməd Alıyev açmış və 2016-cı ildə ölkəmzidə və Qazax rayonunda görülmüş işlər barədə məlumat vermişdir. Sonra söz İƏD üzrə nümayəndə Səməd Orucova verilmişdir. S.Orucov hesabat zamanı ötən il ölkənin, eləcə də Qazax rayonunun sosial-iqtisadi inkişafı, tikinti-abadlıq işlərinin genişləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin beynəlxalq nüfuzunun daha da artması, qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı, hesabat ilində Qazaxda bir sıra sosial və istehsal yönümlü obyektlərin tikilməsi, Qazax şəhərinin abadlaşdırılması və görkəminin dəyişməsi, ötən il RİH başçısı cənab Rəcəb Babaşovun Kəmərli kənd sakinləri ilə 5 dəfə görüşməsi, kənddə 2 ədəd subartezian quyusunun qazılması, 1 ədəd bulaq tikilməsi, 1,8 kilometr kənddaxili yola qum-çınqıl döşənməsi, 1 kilometr suvarma arxının təmizlənməsi barədə yığıncaq iştirakçılarına ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, 2017-ci ilin məhsulu üçün 580 hektar sahə əkilmişdir, bundan 475 hektara buğda, 50 hektar sahəyə isə arpa səpilmişdir. Kür çayından qalxan su nasos xəttinin xeyli hissəsi təmir olunmuş, kəndin ərazisində 1000 ədəd tut ağacı əkilmiş, 3 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. RİH başçısı cənab Rəcəb Babaşov tərəfindən kəndin bütün problemlərinin həllinə yaxından köməklik göstərilmişdir.
Çıxış edən kənd sakinlərindən  Rəhim Rəhimov içməli su artezianının istifadəyə verilməsinə, Minarə Rəhimova məktəbdə istilik sisteminin qaydaya salınmasına, Tapdıq Mansurov su arxlarının təmizlənməsinə, Lusya Babayeva itlərin quduzlaşmasına qarşı  mübarizə aparılmasına, Cəmhur Əhmədov körpülərin və asfalt yolun təmirinə və Fərhad Nemətov kəndə 1300 metr məsafədə içməli su xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
Orta Salahlı kənd İcra nümayəndəliyində keçirilən hesabat yığıncağını rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Gəsənova açmış və hesabat ilində respublikamızda, eləcə də Qazax rayonunda tikitni-abadlıq və kənd təsərrüfatı sahəsində əldə olunmuş uğurlar, qazanılmış nailiyyətlər barədə yığıncaq iştirakçılarına məlumat vermişdir.
Sonra söz Orta Salahlı kənd icra nümayəndəsi Südabə Alıyevaya verilmişdir. O, hesabat məruzəsində 2016-cı ildə respublikamızda və eləcə də rayonumuzda sosial-iqtisadi, tikinti-abadlıq və kənd təsərrüfatı sahəsində görülmüş işlər barədə, ölkənin hərbi gücünün və beynəlxalq nüfuzunun artması, 2016-cı ilin “Multikulturalizm ili” olması, Qazax rayonunun dinamik inkişaf etməsi, yeni sosial və istehsal yönümlü obyektlərin tikilməsi, həmin obyektlərin açılışında dövlət başçısı İlham Əliyev cənablarının iştirak etməsi, ötən il RİH başçısı cənab Rəcəb Babaşovun Orta Salahlı və Qazaxbəyli kəndinin sakinləri ilə 3 dəfə görüşməsi, qaldırılmış problemlərin yerindəcə həll olunması, Qazaxbəyli kəndində içməli su probleminin birdəfəlik həll edilməsi, 1 ədəd subartezian quyusunun qazılıb istifadəyə verilməsi, kənddəki su drenajlarının təmizlənməsi, uşaq bağçasının təmir edilməsi, elektrik dayaqlarının və naqillərin yenisi ilə əvəz olunması, kəndin ərazisində, qəbiristanlıqlarda abadlıq və təmizlik işlərinin aparılması, Orta Salahlı kəndində BVM-də həlak olanların xatirəsinə tikilmiş abidənin təmir olunması və digər məsələlər barədə məlumat verilmişdir. 
Bildirilmişdir ki, nümayəndəliyin ərazisində 2017-ci ilin məhsulu üçün 770 hektar şum işləri aparılmışdır. Bunun 659 hektarı buğda, 556 hektarı arpadır. Bundna əlavə, 25 hektar şəkər çuğunduru, 2 hektar tütün əkilməsi və 200 kiloqram barama istehsal olunması nəzərdə tutulmuşdur. Barama üçün kənddə 1000 ədəd tut ağacı əkilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına, 527 nəfərə 55893 manat subsidiya verilmişdir.
Kənd sakinlərindən Medalyon Novruzova yeni məktəb binasının tikintisinə, Sahib Muradov kənd mədəniyyət evinin əsaslı təmirinə və Svetlana Muradova uşaq bağçasının açılmasına köməklik göstərilməsini xahiş etmişlər. Çıxış edən yığıncaq iştirakçıları  görülmüş işlərə görə ölkə prezidenti İlham Əliyev cənablarına və rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını  bildirmişlər. 
Hesabat yığıncaqlarında rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, RİHB aparatınta ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmməd Alıyev, aparatın məsul işçiləri Barat Vəliyev, Qərib Bayramov. Kəmalə Cəfərova və Teybə Hüseynova iştirak etmişlər.

Keçidlər