Dəmirçilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində hesabat yığıncağı keçirilmişdir
Hesabat yığıncağını Dəmirçilər kəndində Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Gəsənova və RİHB aparatında ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmməd Alıyev açmış, 2016-cı ildə ölkəmzidə, eləcə də rayonumuzda aparılmış uğurlu tikinti-quruculuq və abadlıq işləri barədə məlumat vermişlər. Bildirmişlər ki, bütün bunlar ölkə prezidenti İlham Əliyev cənablarının ardıcıl, düzgün siyasətinin nəticəsidir.
Sonra hesabat üçün söz Dəmirçilər kənd icra nümayəndəsi Gülnaz Mahmudovaya verilmişdir. O, hesabatında nümayəndəliyin ərazisində görülmüş işlər, Azərbaycanın beynəlxalq nüfuzunun və hərbi gücünün artması, aprel döyüşlərində qazanılmış böyük qələbə və həmin döyüşlərdə Dəmirçilər kəndində iki nəfərin – Oruc Cəfərovun və Sahil Abdullayevin iştirak etməsi, rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov Qazaxa İcra başçısı təyin olunduqdan sonra rayonda, tikinti-abadlıq işlərinin geniş vüsət alması, kənd təsərrüfatını inkişaf etməsi, rayonda bir sıra istehsal və sosial yönümlü obyektlərin istifadəyə verilməsi, icra başçısının tez-tez Dəmirçilər və Ürkməzli kənd sakinləri ilə görüşməsi, qaldırılmış problemlərin yerindəcə öz həllini tapması və digər məsələrlə bağlı məlumat vermişdir. Bildirmişdir ki, ötən il Dəmirçilər kəndinə içməli su xətti çəkilmiş, sol sahil kanalından çıxan arxlarda 2,2 kilometr təmizlik işləri aparılmışdır. Dəmirçilər arxının 12 metr qəzalı vəziyyətə düşmüş hissəsi beton üzlüyə alınmışdır. Qarabağ Əlili Habil Xəlilovun və şəhid ailəsi Bahar Qurbanovanın evi təmir edilmişdir. Ürkməzli kəndinə içməli su üçün 20 tonluq su çəni qoyulmuş, Qarabağ Əlili Nüsrət Musayevin və şəhid ailəsi Ayna Nəsirovanın evi təmir olunmuşdur. Kənd ərazisində və qəbiristanlıqlarda təmizlik, abadlıq işləri aparılmışdır.
2017-ci ilin məhsulu üçün 804 hektar şum aparılmış, 407 hektar buğda, 166 hektar arpa səpilmişdir. Kənddə 120 hektar kartof, 74,3 hektar şəkər çuğunduru, 2 hektar tütün əkilməsi nəzərdə tutulmuşdur. 564 nəfər əkinçiyə 46762 manat kompensasiya ödənilmişdir.
Sonra çıxışlar olmuşdur. Ürkməzli kənd sakinlərindən Şuridə Mehralıyeva, Süleyman Rzayev, Gülsənəm Xəlilova, İlqar Miralayev, Nüsrət Musayev, Dəmirçilər kənd sakinlərindən Ayət Məmmədov, Məmməd Qasımov, Təranə Hüseynova, Bahar Qurbanova və Elmira Abbasova çıxış edərək ölkə prezidenti İlham Əliyev cənablarına və rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova rayonda, eləcə də Dəmirçilər və Ürkməzli kəndlərində görülmüş işlərə görə dərin minnətdarlıqlarını bildirmişlər. Eyni zamanda gələcəkdə bəzi məsələlərin həllinə köməklik göstərilməsini xahiş etmişlər.
Hesabat yığıncaqlarında rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, RİHB aparatınta ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmməd Alıyev, İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Məhəmməd Orucov, aparatın məsul işçiləri Qərib Bayramov, Kəmalə Cəfərova və Teybə Hüseynova iştirak etmişlər.