Şriftin ölçüsü :

Saytın rəngi :

Hesabat ili Aşağı Salahlı kənd sakinləri üçün uğurlu olmuşdur

26 yanvar 2017 | 16:00

Hesabat yığıncağını rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov açaraq tədbir iştirakçılarını salamlamış, 2017-ci ildə onlara möhkəm cansağlığı və işlərində yeni-yeni uğurlar arzulamışdır. Sonra 2016-cı ildə ölkəmizdə və rayonumuzda sosial-iqtisadi, tikinti–abadlıq sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, hazırda bizim firavan yaşamağımız ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra aparılan güzgün, məqsədyönlü siyasət nəticəsində mümkün olmuşdur. Bu gün bu siyasəti ölkə Prezidenti İlham Əliyev cənabları böyük uğurla davam etdirir. Dünyada ağır iqtisadi böhran olmasına baxmayaraq Azərbaycanın iqtisadiyyatı öz davamlılığını qoruyub saxlaya bilmiş və iqtisadi sabitlik təmin edilmişdir.
Ölkə prezidenti tərəfindən bu gün rayonumuza xüsusi diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, rayonumuzda son aylarda tikinti–abadlıq işləri geniş vüsət almışdır. Qazax Rayon Tarix Diyarşünaslıq Muzeyi,  “Birinci Şıxlı” kəndli fermer təsərrüfatı, Qazax-Kosalar avtomobil yolunun tikilməsi, Daş Salahlı kəndində 110/35/6 kilovoltluq yarımstansiya və digər sosial və istehsal yönümlü obyektlər bu diqqət və qayğı nəticəsində tikilib istifadəyə verilmişdir. Dövlət başçısı tərəfindən Qazax şəhərindəki çoxmənzilli binaların təmiri üçün 3 milyon manat vəsait ayrılmışdır. Biz həmin vəsaitlə 31 binada təmir işləri aparacağıq. Şəhərin hər yerində, mərkəzi parkda  tikinti-abadlıq işləri aparılır. Şəhərin bütün küçələrində işıqlandırma sistemi qurulacaqdır. Şəhərimizdə su-kanalizasiya sisteminin tikintisinə yaxın zamanlarda başlanılacaqdır. Artıq su anbarı üçün yer axtarılır. Yer düzgün seçilməlidir. Mart ayında bu məqsədlə tender keçiriləcəkdir.  Xalça sexində tikinti işləri davam edir. Burada 160 nəfərin işlə təmin  olunması nəzərdə tutulmuşdur. Xalça sexi aprel ayında istifadəyə veriləcəkdir. Çaylı yolunun tikintisi davam edir. May ayında Cəfərli yolunun tikintisinə başlanılacaqdır. “Mətanət A” şirkətində gedən işlər yaxın zamanda başa çatacaqdır. Burada 300 nəfər işlə təmin olunacaqdır. Bu il eyni zamanda Rayon Mərkəzi Xəstəxanasının tikintisinə başlanılacaqdır. Bununla dövlət başçısına səhv məlumat verilibmiş. Guya ki, Qazax Müalicə Diaqnostika Mərkəzi insanların tələbatını tam ödəyə bilir, əslində isə orada cəmi 10 palata vardır bu da 20 yerlikdir. Ona görə də ölkə prezidentinin tapşırığına əsasən xəstəxana binasının tikintisinə başlanılacaqdır. BDU-nun Qazax filialı üçün 5 böyük binanın (1 əsas,4 yataqxana) tikintisinə başlanılacaqdır. Filiala qəbul planı da artırılacaqdır. Bütün bunlar ölkə prezidentinin Qazax rayonuna olan diqqət və qayğısının nəticəsidir.
Qazax rayonunda 47000 hektar əkin sahəsi var. Onun cəmi 15000 hektarı suvarılan sahədir. Buna görə də rayonda suvarma işləri düzgün qurulmalı, bu sahədə olan problemlər  rayon suvarma sistemləri idarəsi və SİB-lər tərəfindən vaxtında aradan qaldırılmalıdır. Rayonda cəmi 12310 hektar əkin aparılmışdır. Ondan 8173 hektarında buğda, 2637 hektarında arpa səpilmişdir. Yazlıq əkinlərdən 800 hektar kartof, 500 hektar çuğundur və 50 hektar tütün əkilməsi və 4,5 ton barama istehsalı nəzərdə tutulmuşdur. Bu göstəricilər ötən illə müqayisədə  4-5 min hektar çoxdur. Bu günədək rayona 478 ton gübrə gətirilmişdir. Mən bütün bu işlərlə özüm məşğulam, məqsədimiz işsizliyin aradan qaldırılmasıdır. Daha sonra cənab Rəcəb Babaşov demişdir ki, İcra nümayəndəsinin hesabatı dinlədildikdən sonra kəndin problemləri söyənilsin, hamı öz rəy və təkliflərini bildirsin.
Cənab Rəcəb Babaşovun çıxışı davamlı alqışlarla qarşılanmışdır.
Qazax RİHB-nın Aşağı Salahlı kənd İƏD üzrə nümayəndəsi Zahid Mirzəyev 2016-cı ilin yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə dair məruzə etmişdir.
Məruzə qısa ixtisarla dərc olunur:
Hörmətli cənab başçı, hörmətli  yığıncaq iştirakçıları !
Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Bu, bir həqiqətdir. Məhz bu dahi insanın səyi nəticəsində  Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan  dahi lider idi.
Tarixin axarını dəyişən ideya və prinsiplərin daşıyıcısı olan Heydər Əliyevin milli mənafelərin təmininə hesablanmış məqsədyönlü siyasəti coğrafi ölçüləri baxımından kiçik Azərbaycanın dünyanın siyasi xəritəsində ən güclü dövlətlərlə müqayisəsinə şərait yaratdı. Azərbaycan Respublikası Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin söylədiyi fikirlər xüsusi maraq doğurur: ”Heydər Əliyev iki əsrin  ayrıcında öz ölkəsinin dövlət adlı gəmisini qlobal sarsıntılar dövrünün fırtınalarından sağ-salamat və uğurla keçirərək, ölkənin milli dəyərlərinin, insanların mənəvi sağlamlığının,özlərinə inamının qorunub  saxlanılmasına müvəffəq olmuşdur. Siyasətin ön səhnəsində olduğu otuz dörd il ərzində, o, XX-XXI əsrlərin görkəmli siyasətçilərindən biri, müasir dövrün böyük siyasi lideri kimi bütün dünyada tanınmışdır”.  Gördüyü bütün təqdirə layiq işlər ilə xalqın rəğbətini qazanan, Azərbaycanın milli maraqlarını qoruyan, ölkəmizin təhlükəsizliyinə nail olan cənab İlham Əliyev  Ulu Öndərin layiqli davamçısı kimi alternativsiz lider olaraq qəbul edilir.
Azərbaycan Respublikasının Prezidenti kimi cənab İlham Əliyev ilk gündən Heydər Əliyev siyasi kursunu qəti və prinsipial mövqeyi ilə davam etdirməklə xalqın böyük ehtiramını qazanmış, qısa müddət ərzində əhalinin rifahının yaxşılaşmasında müstəsna rol oynayan tədbirlər həyata keçirilmiş, hər bir vətəndaşın hüququna hörmətlə yanaşılması, ona qayğılı münasibət göstərilməsi bütün dövlət strukturlarının qarşısında ali məqsəd kimi qoyulmuşdur.
Aparılan düşünülmüş və ardıcıl iqtisadi siyasət və həyata keçirilən mühüm lahiyələr nəticəsində qısa zaman ərzində iqtisadi inkişaf sürətinə görə Azərbaycan regionda lider ölkəyə çevrilmiş, ölkənin iqtisadi potensialı dəfələrlə yüksəlmişdir.
Ümumilikdə, ölkəmizin iqtisadi potensialının güclənməsi, dövlət büdcəsinin gəlirlərinin artması, neft sektorundan asılılığın minimuma endirilməsi, ölkənin istehsal gücünün artması, aqrar sektorun inkişafı, çoxlu sayda yeni iş yerlərinin açılması, ərzaq və ekoloji təhlükəsizliyin gücləndirilməsi, sahibkarlığın inkişaf etdirilməsi Azərbaycanın firavan yaşamasının sübutudur.
Cənab Prezidentimiz öz çıxışlarında bildirmişdir ki biz neft sektorundan asılılığı minimuma endirməliyik bunun üçün isə kənd təsərrüfatını inkişaf etdirməliyik. Hər bir ailə bazardan asılılığını sıfıra endirməlidir, dövlət də belədir.
2016-cı ilin mühüm hadisələri sırasında Azərbaycanın ən yeni tarixinə aprel döyüşləri zəfəri kimi əlamətdar bir gün qızıl hərflərlə yazıldı. Ötən ilin aprelin əvvəllərində həyata keçirilən əks həmlə zamanı ermənilərə məxsus 14 ədəd tank, 15-dək artileriya qurğusu və möhkəmləndirilmiş istehkam qurğuları Azərbaycan ordusu tərəfindən məhv edildi. Strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən azad edildi 2000 ha ərazi ordumuzun nəzarətinə keçdi. Lakin buna baxmayaraq əks hücum zamanı şəhidlərimiz də oldu. Həmin şəhidlərdən 3 nəfəri Qazax rayonundan olmuşdur ki, onlar böyük igidlik göstərərək düşmənin çox sayda canlı qüvvəsini və texnikasını məhv etmişlər və özləri də şəhidlik zirvəsinə yüksəlmişlər. Həmin şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədi ilə cənab başçımız onların adına rayonumuzda bulaq kompleksi tikdirmiş, şəkil və avtibioqrafiyalarını əks etdirən lövhələr vurulmuşdur.
Ötən ilin mühüm hadisələri sırasında 26 sentyabrda Azərbaycan Respublikasının konstutsiyasına əlavə dəyişiklik edilməsi məqsədi ilə ümumxalq referendum keçirilməsini xüsusi qeyd etmək olar. Konstutisiya qanunun 23 maddəsinə dəyişiklik, həmçinin 6 maddənin əlavə edilməsi çox mütərəqqi addım oldu. Referendumun yüksək səviyyədə keçirilməsində Aşağı Salahlı kəndi də xüsusi fəallıq göstərmiş, kənd sakinləri böyük ruh yüksəkliyi ilə referendumda iştirak etmişlər.
2016-cı il Qazax rayonu üçün də düşərli il olmuşdur. Belə ki, möhtərəm Prezidentimiz İlham Əliyev 19 may tarixində mühüm sərəncam imzalamışdır. Məlum sərəncamda rayonumuza təyin olunmuş hörmətli İHB-sı cənab Rəcəb Babaşov Qazax rayonunda bütün sahələrdə işlərin başlanmasına öz göstərişlərini verdi. Qazax şəhərində 3 mərtəbədən və 1 mansardan ibarət Qazax rayon Tarix Diyarşünaslıq müzeyi, Daş Salahlı kəndində 110/35/6 kv-luq Daş Salahlı yarımstansiyası tikilmiş, Birinci Şıxlı kəndində “Birinci Şıxlı kəndli fermer təsərrüfatı” MMC yaradılmış, üuzunluğu 11 km 6021 nəfər əhalisi olan iki yaşayış məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolunda yenidənqurma işləri aparılmışdır. 19 oktyabr 2016-cı il tarixdə Ölkə Prezidenti İlham Əliyev cənabları bu obyektlərin açılışında iştirak etmişdir. Günü bugun də rayonumuzda abadlıq quruculuq işləri öz axarı ilə davam edir.
Cənab başçı siz ilk gəldiyiniz gündən etibarən biz Qazaxlılara göstərdiyiniz böyük ehtiramın bariz nümunəsi olaraq Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbovun xatirəsinə təyyarə abidəsini öz layiqli yerinə qaytardınız, ətrafında çox böyük abadlıq quruculuq işləri görüldü. Bunun üçün sizə öz minnətdarlığımızı bildiririk.
Hörmətli yığıncaq iştirakçıları,.Aşağı Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi bir kəndi əhatə edir, kənddə təsərrüfatların sayı 474, əhalinin sayı 1889 nəfərdir. Nümayəndəliyin ərazisində bir bələdiyyə, 1 tam orta məktəb, 1 Diyarşünaslıq evi, 1 kitabxana, 1 körpələr-evi uşaq baxçası, 1 tibb məntəqəsi 5 ticarət obyektləri və 3 ictimai iaşə obyekti fəaliyyət göstərir.
2017-ci il yanvarın 1-i vəziyyətinə əhalidə 1912  baş iribuynuzlu mal-qara, 9750  baş xırda buynuzlu qoyun keçi vardır ki, bu da ötən ilə nisbətən artmaqdadır. Ərazidə Qazax rayon Baytarlıq idarəsinin 1 baytar həkimi, 1 baytar texniki qulluq göstərir. Bu il 1720 baş iribuynuzlu,8500  baş xırda buynuzlu heyvanlarda Davaq xəstəliyinə qarşı 2 dəfə peyvənd aparılmış, 1650 baş iribuynuzlu, 8700 baş xırdabuynuzlu heyvanlarda Qarayara xəstəliyinə qarşı proflaktik tədbirlər aparılmışdır. 650 baş iribuynuzlu heyvanlardan brsülyoz xəstəliyinə seraloji müainə üçün qan alınmışdır. Bu sahədə çalışan mütəxəsislərin fəaliyyətini qənaətbəxş hesab etmək olar.
İnzibati ərazi dairəsində 1 nəfər suni mayalanma üzrə ixtisaslaşmış texnik fəaliyyət göstərir. Onun fəaliyyəti nəticəsində əhalidə olan yerli cins inəklərdə suni mayalanma aparılaraq heyvanların cinsi dəyişdirilir. 2016-cı ildə 74 baş inək mayalanmış və 10 baş bala alınmışdır. Onu da qeyd edim ki, Nazirlər Kabinetinin 25 dekabr 2015-ci il tarixli 401 saylı qərarına əsasən suni mayalanma yolu ilə doğulmuş buzovlara 100 (bir yüz) manat məbləğində subsidiyanın verilməsi insanların bu sahəyə marağı daha da artmışdır.
Kəndimizdə 3 kəndli fermer təsərrüfatı vardır ki onların da əsas fəaliyyəti heyvandarlıqla bağlıdır. İstehsal etdikləri süd və süd məhsullarını rayon bazarlarında satışa çıxarırlar. Onu da qeyd etmək istəyirəm ki, fermerlərin istehsal etdikləri süd məhsullarının emalı üçün rayonumuzda kiçik də olsa süd zavodu tikilərsə daha məqsədə uyğun olardı.
2016-cı ilin məhsulu üçün ərazidə 200 ha buğda,40 ha arpa biçilmişdir ki, məhsuldarlıq 33.5 sentner, 40 ha  qarğıdalı məhsuldarlıq 40 sentner, 15 ha kartof əkilmişdir məhsuldarlıq 100 sentner 69 ha üzüm bağlarından 50 sentner olmuşdur.
Ərazi dairəsində 2017-ci ilin məhsulu üçün 310 ha payızlıq buğda, 40 ha arpa səpilmiş buda ötən ilə nisbətdə 110 ha çox sahənin əkilməsi deməkdir. Buna səbəb insalarımızın kənd təsərrüfatına qayıdışı, ölkə prezidentinə və onun yerdə nümayəndəsi olan cənab Rəcəb Babaşova inamından irəli gəlir. Həmin sahələrdə demək olar ki tam suvarılma işləri yekunlaşmışdır. Bildiyiniz kimi bizim əraziyə suvarma suyu iki istiqamətdən, həm “Zor” arxı, həmdə “Axmaz” arxı istiqamətindən daxil olur. Bizim ərazi su mənbəyindən ən axırıncı nöqtədə yerləşdiyi üçün daimi suvarma suyundan çətinliklərimiz olurdu. Lakin cənab başçı ötən il sizin bu sahəyə ciddi tapşırıqlarınızdan və ayağınızın uğurlu olması səbəbi ilə suvarma suyunda heçbir çətinliklərimiz olmamışdır.Aşağı Salahlı kəndi ərazisində təmizlənməsi vacib olan arxların cəmi uzunluğu 13.5 km-dir bundan 7.8 km beton üzlüklü, 5.7 km torpaq məcralı arxlardır. Beton üzlüklü arxların  5.5 km uzunluqda  hissəsi təmizlənmişdir. Təmizlənən hissəsinin bir hissəsi axmaz arxı istiqamətində, bir hissəsi K-1 kanalı istiqamətində olmuşdur. Suvarma Sistemləri idarəsində qrafik tutulmuşdur bizim ərazidə yerdə qalan hissənin təmizlənməsinə yaxın günlərdə başlanacaqdır. Cənab başçı sizin bir sözünüzü qeyd edim ki, siz yeni gəlişiniz zamanı bir söz işlətmişdiz ki, kəndliyə nə lazımdır? Kəndlinin suvarma suyunu ver, texnikasını ver torpağını əkib becərsin. Bəli biz bu sözlərinizi əhaliyə çatdırmışıq ki, siz torpağınızı əkib becərin suvarma suyundan, texnika cəhətdən heç bir probleminiz olmayacaqdır.
Onu da qeyd edim ki, Respublikamızda yeni yaradılmış Ərzaq məhsullarının tədarükü və təchizatı ASC tərəfindən yeni tedaruk.az  internet portalı yaradılmışdır ki, buda ərzaq məhsulları istehsalçıları üçün yeni bazar deməkdir. Belə ki, istehsal etdiyin məhsul haqqında həmin internet portalında məlumatı yerləşdirirsən və gəlib sizinlə müqavilə bağlanır və məhsulunuzu alırlar. Bununla bağlı kəndin bir nəçə yerlərinə elanlar vurulumuşdur.
Hesabat ilində kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində rayonumuzda və kəndimizdə baramaçılıq və tütünçülük sahəsinin inkişaf etdirilməsinə başlanılmışdır. Aşağı Salahlı kəndi də barama sahəsində böyük təcrübə topladı belə ki bir ailə baramaya baxmaq üçün müraciət etdi və baramanı becərib  Şəki ipək kombinatının nümayəndələrinə 85 kq baramanı təhvil verərək 680 manat məbləğində pul vəsaiti almışdır. Yenə bir nəfər kənd sakini Hüseynov Məzahir Fərman oğlu 0.5ha tütün sahəsindən 940 kq tütün becərib 1380 manat müqabilində təhvil vermişdir.  Bu sahəyə də insanlarımızda maraq çoxalmış, bu il üçün həm barama, həmdə tütün sahələrinin becərilməsi üçün bizə müraciət edən vətəndaşlarımız vardır. Bir məqamı da qeyd edim ki hesabat ilində baramaçılığın daha da inkişaf etdirilməsi üçün ölkəmizə Çin Respublikasından tut tinkləri gətirilmişdir ki, həmin tut tinklərindən iki min ədədi bizim kənddə kənarı tam əhatə olunmuş 0.14 ha torpaq sahəsində bütün aqrotexniki qulluqlar göstərilərək basdırılmışdır.
Cənab başçı bildiyimiz kimi 2016-cı ildə sizin çox mühüm sərəncamınız olmuşdur ki, Qazax rayonunda İşçi qrupunun yaradılması barədə. İşçi qrupunun yaradılmasında əsas məqsəd vətəndaşlarımızın qaldırdığı problemlərlə yaxından tanış olmaq və həllinə nail olmaq. Məlum sərəncamda Aşağı Salahlı kəndində də işçi qrupu yaradılıb, kənd sakinlərimizin qaldırmış olduğu hər hansı problemin gücümüz çatan qədər işçi qrupu ilə birlikdə həllinə nail olmuşuq.
Ölkə Prezidentimiz İlham Əliyev ərzaq təhlükəsizliyinin əsas elementlərinə hər bir vətəndaşın keyfiyyətli qidaya fiziki və iqtisadi çıxış imkanlarının olması üçün, ölkənin milli ərzaq sisteminin iqtisadi baxımdan müstəqilliyini, yəni əsas ərzaq malları üzrə ixracdan asılı olmamasını,etibarlılığı,dayanıqlılığı nəzərə alaraq strateji məhsul olan şəkər çuğundurunun məhz ölkəmizdə əkilməsi üçün münbit şəraitin olduğunu bildirmişdir. Rayonumuzda o cümlədən Aşağı Salahlı kəndi ərazisində də şəkər çuğundurunun əkilməsi nəzərdə tutulub və sahibkarlar, yerli istehsalçılar bu sahəyə böyük maraq göstərmişlər ümumilikdə 70 ha torpaq sahəsində şəkər çuğunduru əkilməsi üçün İmişli şəkər zavodu ilə müqavilə bağlamışlar.
Hörmətli yığıncaq iştirakçıları bu gün regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə təkan verdi.
Cənab başçı, hörmətli qonaqlar istəyirəm indi də Aşağı Salahlı kənd inzibati ərazi dairəsində görülən işlərlə bağlı sizlərə bir neçə məlumat verim. Belə ki, dövlət vəsaiti hesabına Aşağı Salahlı kənd Körpələr-evi uşaq baxçasının binası köhnə olmasına baxmayaraq cari təmir işləri aparılmış həyətində ağac və gül kolları əkilmişdir. Ötən il baxça üçün  11000 manat dəyərində ərzaq məhsulları, 2650 manat dəyərində bərk invertar, 600 manat dəyərində yumşaq invertar, elektrik cihazları və uzun illərdən bəri baxçamızın mətbəxində  qab-qacaqların yuyulması üçün şərait yox idi bu məsələnin ciddiliyini nəzərə alaraq 1 ədəd 500 lt su çəni, 2 ədəd su motoru, 1 ədəd ariston su qızdırıcı, 1 ədəd qab qacaq yuyulması üçün muvalnik, və 1 ədəd asperator, müasir paltaryuyan maşın su ilə təchiz olunmuş və 18 p/m uzunluğunda boru alınaraq kanalizasiya sistemi qurulmuş baxçamızın bu problemi də aradan qaldırılmışdır.Məişət suyu üçün istifadə olunan borunun 60 p/m hissəsi yenisi ilə əvəz olunmuşdur.  Hər il olduğu kimi  ötən ildə baxçada bayram şənlikləri yüksək səviyyədə təşkil olunmuş və körpə balalalara bayram hədiyyələri verilmişdir.
İnzibati idarə binasının 1 otağında və binanın fasad hissəsində təmir işləri aparılmışdır. Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidə kompleksində təmir işləri aparılmış həyətində gül kolları əkilmişdir. Kəndin Hacıxəlili məhəlləsində yerləşən şəhidlər bulağında təmir işləri aparılmış və orada ağac və gül kolları əkilmişdir
Kəndin yuxari hissəsində yerləşən avtobus dayanacağı nümayəndəlik tərəfindən təmir edilmiş və bir ədəd stul quraşdırılmışdır.
Məktəbin yanında yerləşən  artezian quyusunun üzərində olan su çənində təmir işləri aparılmış, boruları dəyişdirilmiş və “Salmanlı” məhələsinə daxil olan 150 p/m uzunluğunda su xəttində təmir işləri aparılmışdır.
Kəndin Aşrallar adlanan ərazisində 60p/m uzunluğunda qol arxı ekskavator vasitəsi təmizlənmiş və orada yerləşən su arxına 1 ədəd su ötürücü boru salınmışdır.
Kəndin ərazisində K1 adlanan suvarma kanalının 200 metrlik hissəsi texnika vaitəsi ilə təmizlənmişdir.
Kəndin Həsənlər adlanan məhəlləsində ötən illərdə qazılmış artezian quyusunu balansa almaq mümkün olmamışdır. Cənab başçı kənd camaatı adından sizə çox sağolun deyirik ona görə ki, siz rayonumuza təyin olunduqdan sonra öz göstərişiniz verdiniz və qısa zaman kəsiyində həmin artezian balansa alındı. Həmin artezian quyusunun  üzərində 10 tonluq su çəni qoyulub məişət suyunun istifadəsi üçün 30 ailənin hər birinin evinə boru xətləri çəkilmiş və krant qoyulmuşdur.Yenə həmin ərazidə əhalinin həyətyanı sahələrinin suvarılması üçün arxın 250 p/m uzunluğunda olan hissəsi ekskavator vasitəsi ilə təmizlənmişdir.
Ərazinin 3 yerində yerləşən zibil tullantıları üçün ayrılmış yerlər ekskavator vasitəsi ilə təmizlənmişdir.Təmizlənmiş zibillər bulduzer vasitəsi ilə basdırılmışdır.
Bələdiyəyə müraciət etmiş bir nəfər imkansız vətəndaşa 40p/m uzunluğunda, diametri 20mm  boru alınıb verilmiş və həyətinə çəkilərək məişət suyundan istifadəsi təmin edilmişdir. Yeddi ailənin yaşadağı yeni salınmış məhəlləyə uzunluğu 100 p/m olan diametri 32 mm olan kapron boru çəkilərək hər birinin evində krant qoyulmuşdur.
Kəndin girişində  kəndin ünvanını bildirən lövhə olmadığını nəzərə alaraq orada müasir standartlara cavab verə bilən  “Obelisk” inşa edilmiş, üzərinə abisovka vurulmuş və ətrafında abadlıq işləri aparılmışdır.
3 km uzunluğunda qəbirstanlığa gedən yolun 1.6 km hissəsində əsaslı təmir işləri aparılmış, dəmyə xırı verilmiş, 4 ədəd su ötürücü borular quraşdırılmış və QRDR vasitəsi ilə hamarlanmışdır. Onu da qeyd edim ki qəbirstanlıq mütəmadi olaraq alaq otlarından və kol koslardan daimi təmizlənir.
Ərazidə yaşayan şəhid ailələri, Qarabağ ailələri Böyük Vətən müharibəsi iştirakçıları daimi diqqətimizdə olmuş Respublikamızın bayramlarında nümayəndəlik və bələdiyyə birgə tədbir keçirmiş onlara və bir neçə imkansız ailələrə bayram sovqatları verilmişdir. Müqəddəs Qurban bayramında yenə həmin insanlara qurbanlıqlar kəsilib paylanmışdır.
31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə Heydər Əliyev fondu tərəfindən 17 nəfər ünvanlı sosial yardım alan ailələrə bayram sovqatları verilmişdir bunun üçün ölkənin birinci xanımı, Heydər Əliyev fondunun Prezidenti Mehriban Əliyevaya öz minnətdarlığımızı bildiririk.Bir məqamı da qeyd edim ki yenə də yeni il qabağı cənab başçımızın diqqəti və köməyi sayəsində kənddə yaşayan şəhid ailələrinə bayram sovqatları verilmişdir.
Kənd əhalisinə nəqliyyat xidməti göstərmək üçün 7 ədəd mikroavtobus Qazax-Aşağı Salahlı marşrutu üzrə hərəkət edir və gün ərzində kənddən şəhərə və şəhərdən kəndə cəmi 11 reys həyata keçirir. Nəqliyyat vasitələrinin iş qrafikinə, imtiyazlı insanların, şəhid ailələrinin nəzərə alınmasına daim nəzarət olunur. Onu da qeyd edim ki, rayon mərkəzində keçirilən tədbirlərdə tədbir iştirakçılarının rayon mərkəzinə aparıb gətirməkdə pulsuz olaraq xidmət göstərirlər.
Ərazidə 348 abonent elektrik enerjisindən istifadə edir,24 saat fasiləsiz enerji ilə təmin olunuruq. 3 ədəd 100 kv-luq,1 ədəd 250 kv-luq, 3 ədəd 63 kv-luq transformator fəaliyyət göstərir. Onu bildirmək istəyirəm ki, bu transformatorların 2 ədədinin dəyişdirilməsinə ehtiyac vardır. Əhalinin sayı artdığı üçün həmin transformatorların yükü artıb dözmürlər.
Ərazidə 332 abonent mavi qaz yanacağından fasiləsiz olaraq istifadə edirlər.Həm mavi yanacaqdan, həmdə elektrik enerjisindən istifadə edən  abonentlər istifadə etdikləri enerji haqqlarını idarə binasının bir otağında yerləşən bir nəfər poçt filialının işçisinə ödəyirlər. Bir məsələni qeyd etmək istərdim ki, həmin poçt işçisini biz müvəqqəti olaraq idarə binasının bir otağında yerləşdirmişik əgər mümkündürsə ərazidə bir ədəd poçt filialı binasının tikintisi üçün məsələ qaldırardız.
Ərazi dairəsində əhali rabitə və yüksək sürətli internetden istifadə edir. Aşağı Salahlı kəndi ərazisində 249  ədəd telefon nömrəsi və 67 ədəd internet istifadəçisi vardır.
Ərazidə 1 tam orta məktəb fəaliyyət göstərməklə 207 nəfər şagirdin təlim-tərbiyəsi, təhsili ilə 29 nəfər pedoqoji kollektiv məşğul olur.Hesabat ilində məktəbin şagirdləri “Fövqaladə hallar şagirdlərin gözü ilə” rəsm müsabiqəsində həvəsləndirici yer tutmuşlar, VII-VIII sinif şagirdləri Koka-Kola məktəbli kuboku yarışlarında I yer tutub təltif olunmuşlar, Qazax rayon Gənclər və idman idarəsinin mini-futbol yarışlarında I yeri tutduğuna görə, yenə Gənclər idarəsinin təşkil etdiyi YAP Qazax rayon təşkilatının keçirtdiyi mini futbol üzrə rayon turnirində II yeri tutduqlarına görə diplomlarla təltif edilmişlər. VIII sinif şagirdi Sarıyeva Sahilə Aqil qızı Rusiya səfirliyinin və Təhsil Nazirliyinin birgə keçirdiyi rus dili fənniüzrə fərqləndirici yer tutmuşdur. Şagirdlərimiz bir neçə inşa müsabiqələrində fərqləndirici yer tutmuşlar.
Məktəbi bitirmiş 16 nəfər şagirddən 6 nəfəri Ali məktəblərə sənəd vermiş, onlardan 2 nəfəri Ali məktəbə, 3 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olmuşdur.
Ərazidə 2 qruplu 1 körpələr-evi uşaq baxçası fəaliyyət göstərir, 35 nəfər körpənin tərbiyyəsi ilə 14 nəfər işçi məşğul olur. Ölkə başçısı möhtərəm İlham Əliyevin bilavasitə körpələrə və uşaqlara diqqətin baris nümunəsi kimi baxçalara çox ciddi yanaşılır. Bizim tərəfimizdən işçilərin davamiyyəti, uşaqların davamiyyəti daimi diqqətdə saxlanılır və ərzaqın vaxtı vaxtında körpə balalara çatdırılması nəzarətimiz altındadır.
İnzibati ərazi dairəsində Qazax rayon Mədəniyyət və turizm şöbəsinin 1 Diyarşünaslıq evi, 1 kitabxana fəaliyyət göstərməklə 8 nəfər işçi heyyəti vardır. Bu işçilərlə nümayəndəliyin birgə fəaliyyəti sayəsində kənddə bütün lazım olan mədəni tədbirlər keçirilmişdir.Rayonumuzda keçirilən bütün tədbirlərdə Diyarşünaslıq evinin işçiləri iştirak etmişlər. Bir məqamı da qeyd etmək istəyirəm ki, Diyarşünaslıq evinin inzibati binasının dam örtüyünün dəyişdirilməsinə çox böyük ehtiyac vardır.  Odur ki, aidiyyatı təşkilatlardan bu məsələ də bizə kömək etmələrini xahiş edirik.
Kənddə 1 tibb məntəqəsi fəaliyyət göstərir  və 6 nəfər işçisi vardır. 2016-cı ildə tibb məntəqəsinə 1346 nəfər ambolotor gəliş olmuşdur. Onu da qeyd edim ki ötən il tibb məntəqəsi təmir olunmuş avadanlıqlar verilmiş bunun üçün mərkəzi xəstəxananın rəhbərliyinə öz minnətdarlığımızı bildiririk. Yenə də rayon mərkəzindən 17 km uzaqlıqda yerləşdiyimizi nəzərə alaraq bir ədəd yeni tibb məntəqəsinin tikintisinə ehtiyac vardır.
Aşağı Salahlı kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik, üzümçülük, və heyvandarlıq təşkil edir. Əhali istehsal etdiyi məhsulları Qazax rayon bazarında satışa çıxarırlar.
Dövlət başçısının kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında 2007-ci il 23 yanvar tarixli sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 saylı, 16 noyabr 2007-ci il tarixli 181 saylı qərarına uyğun 2016-cı ildə kənd təsərrüfatı məhsulları  istehsalçılarına istifadə etdikləri yanacaq və motor yağlarına görə 516 ha  torpaq sahəsinə 31843 manat hər bir istehsalçının plasik kart hesabına köçürülmüşdür.
2016-cı ildə 12 nəfər sakinimiz dünyasını dəyişmiş, 7 nəfər isə rəsmi nigaha durmuşdur. Cari ildə 29 doğum qeydə alınmışdır ki, bundan 14 nəfəri oğlan, 15 nəfəri isə qız olmuşdur.
Nümayəndəlikdə hesabat ilində 12 kabinet iclası olmuş, iclasda 31 məsələ müzakirə edilərək öz həllini tapmışdır. Nümayəndəliyə 24 məktub daxil olmuş, 14 yazılı, 38 şifahi müraciətə baxılmış və öz həllini tapmışdır. Müraciət etmiş 675 nəfər vətəndaşlara ailə vəziyyətini təsdiq edən və müxtəlifl arayışlar verilmişdir.
2016-cı ildə 7 nəfər həqiqi hərbi xidmətə çağrılmış, 6 nəfər isə ordudan təxris olunmuşdur.
Ərazidə Qazax rayon Polis şöbəsinin bir nəfər sahə müfəttişi xidmət göstərir və nümayəndəliklə birgə fəaliyyəti nəticəsində ciddi qanun pozuntuları olmamışdır.
2016-cı ildə hər həftənin şənbə və bazar günləri iməcliklər, antisanitariyaya qarşı mübarizə tədbirləri keçirilmişdir.  Bir məqamı qeyd etmək istəyirəm 2016-cı ildə kənddə yeni bir aksiyaya start vermişik “Kəndimizi təmiz saxlayaq” bununla bağlı kəndin bir neçə yerlərinə lövhələr vurulmuşdur. Bu tədbirlərimiz 2017-ci ildə də davam etdiriləcəkdir. 
2016-cı ildə nümayəndəlik və bələdiyyənin birgə fəaliyyəti yalnız və yalnız Aşağı Salahlı kənd əhalisinin problemsiz yaşaması, onların həyat şəraitlərinin yaxşılaşması naminə olmuşdur.
Görülmuş işlərlə yanaşı kənddə görülməsi vacib olan bir neçə məsələni diqqətinizə çatdırmaq istəyirəm.
1. Kür çayının sağ sahilində bənd bərkitmə işlərinin aparılması üçün aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaq
2. Ərazidə yeni subartezian quyularının qazılması
3. Kür çayının sağ sahilində yerləşən vətəndaşlarımıza məxsus pay torpaqlarında həm suvarmanın yaxşılaşması üçün həmdə torpaqların şoranlaşmasının qarşısının alınması üçün drenaj kanallarının təmizlənməsi və suvarma arxlarının beton üzlüyə alınması.
4. Yeni tibb məntəqəsinin tikintisi üçün aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaq
5. Qazax rayon Mədəniyyət və turizm şöbəsinin Aşağı Salahlı kəndində yerləşən Diyarşünaslıq evinin dam örtüyünün dəyişdirilməsi.
6. Yeni Poçt filialının tikintisi.
7. Ərazidə yerləşən iki ədəd transformatorun dəyişdirilməsi.
Hörmətli toplantı iştirakçıları, mən çıxışımı tamamlayaraq qarşınızda söz verirəm ki, rayonumuzun, kəndimizin inkişaf etməsi istiqamətində öz bacarıq və səylərimizi əsirgəməyəcəyik, işlərimizdə buraxılmış nöqsan və çatışmamazlıqları vaxtında aradan qaldırmaq üçün ciddi çalışacağıq, Aşağı Salahlı kənd sakinlərinin nümayəndəliyə olan tələb və təkliflərini vaxtında yerinə yetirəcəyik.
Sonra çıxışlar olmuşdur. Kənd sakinlərindən Mirzə Nuriyev, Nüsrət Aşırov, Asimə Ballayeva, İlham Musayev, Elnur Mirəziyev, Cavid Budaqov və başqaları onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyev cənablarına və RİH başçısı cənab Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildirmişlər.
Şakir İsgəndərov isə oğluna həyətyanı torpaq sahəsi verilməsinə köməklik göstərilməsini xahiş etmişdir.  Xahişlə bağlı aidiyyatı qurumların rəhbərlərinə yerindəcə lazımi tapşırıqlar verilmişdir.
Hesabat yığıncağında icra nümayəndəsi Zahid Mirzəyevin fəaliyyəti kafi qiymətləndirimişdir.
Hesabat yığıncağında Qazax rayonunda və Aşağı Salahlı kəndində hesabat ilində görülmüş işlərlə bağlı slayd nümayiş olunmuşdur.

Keçidlər