Şriftin ölçüsü :

Saytın rəngi :

"Təhlükəsiz Oyun Meydançası"nın açılış mərasimi olmuşdur

27 yanvar 2017 | 16:00

Qazax rayonunun Daş Salahlı kənd 2 saylı tam orta məktəbinin həyətində Litva Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşlığı sahəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən  tikilmiş “Təhlükəsiz Oyun Meydançası”nın açılış mərasimi  keçirilmişdir.
Tədbirdən əvvəl, ulu öndər Heydər Əliyevin xatirəsi anılmış və abidəsi önünə gül-çiçək dəstələri qoyulmuşdur. 
Açılış mərasimində Litva Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Valdas Lastauskas, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev, miqrasiya şöbəsinin müdiri-Silahlara qarşı Mübarizə proqramı üzrə məsul şəxs Məmməd Kətənov, Gəncə Regional Mərkəzin koordinatoru İsmayıl Əsədov, Qazax rayonu İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, RİHB aparatında ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmməd Alıyev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qazax rayon şöbəsinin sədri Qurban Qurbanlı,  aparatın məsul işçiləri Sərdar Orucov, Kəmalə Cəfərova, Teybə Hüseynova, Daş Salahlı kənd icra nümayəndəsi Tahir Hüseynli, kənd bələdiyyəsinin sədri Mahir Quliyev  və kənd sakinləri iştirak etmişlər.
Tədbirdə  Litva Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Valdas Lastauskas, Qazax rayonu İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova və başqaları çıxış etmişlər.
Sonra Təhlükəsizlik oyun meydançası əyləncə qurğuları ilə birlikdə orta məktəb şagirdlərinin istifadəsinə verilmişdir.  Meydançanın tikilib istifadəyə verilməsi orta məktəb şagirdlərinin və valideynlərin sevincinə səbəb olmuşdur.

Keçidlər