Qazaxda “Nə? Harada? Və Nə zaman?” intellektual oyunu keçirilmişdir
Qazax Gənclər Mərkəzində 02 Fevral Gənclər gününə həsr olunmuş "Nə?", "Harada?" və "Nə zaman?" intellektual oyunu üzrə rayon birinciliyi keçirilmişdir. Yarışda orta ümumtəhsil məktəbləri, BDU-nun Qazax filialı, Qazax Dövlət Sosial-İqtisadi Kollecindən və müstəqil komandalar da daxil olmaqla 20 komanda (ümumilikdə 100 nəfərdən çox iştirakçı) qələbə uğrunda mübarizə aparmışlar.
Nəticələrə görə, orta məktəb şagirdlərindən təşkil olunmuş müstəqil komanda olan "İstiqlal" komandası I yerə, Qazax şəhər 1 saylı tam orta məktəbin "Edelveys" komandası II yerə, Hüseynbəyli kənd tam orta məktəbin "İceberg" komandası isə III yerə layiq görülmüşdür.
Qalib komanda kubokla və diplomlarla, II və III yerə çıxmış komandların üzvləri isə müvafiq diplomlarla təltif olunmuşlar.