KƏNDLƏRDƏ GÖRÜŞLƏR KEÇİRİLİR
Rayon Icra Hakimiyyətinin Başçisi Ayaz Əsgərovun kəndlərdə keçirdiyi görüşlərdə problem və çatişmazliqlar öyrənilir, onlarin həlli istiqamətində konkret tapşiriqlar verilir. Problemləri yerində öyrənmək, əhalini narahat edən məsələləri onların dilindən eşitmək olduqca səmərəli və vacibdir. Bu, həm problemi dərindən və ətraflı öyrənməyə kömək edir, həm də kənd sakinləri qaldırdıqları məsələlərin həllini əyani şəkildə görürlər.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov mütəmadi olaraq kəndlərdə yerli sakinlərlə görüşlər keçirir. Keçirilən görüşlərdə rayon rəhbərliyi əhalini narahat edən problemləri və qayğıları dərindən öyrənir, onların həlli istiqamətində elə görüş zamanı konkret tapşırıqlar verir.
Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov bu günlərdə Kəmərli, Qaymaqlı, I Şıxlı, II Şıxlı, Yuxarı Salahlı kəndlərində görüşlər keçirmiş, əhalinin qayğı və problemlərini öyrənmiş, onların həlli istiqamətində aidiyyatı üzrə tapşırıqlar vermişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov kəndlərdə keçirilən görüşlərdə çıxış edərək respublikamızda, eləcə də rayonumuzda görülən işlərdən danışmışdır. Qeyd etmişdir ki, bu gün rayonumuzda genişmiqyaslı işlər həyata keçirilir. Rayonumuzda 5 kəndə qaz çəkilir və bu proses artıq başa çatmaq üzrədir. Kəmərli-Yuxarı Salahlı və Qazaxbəyli-Aşağı Salahlı kəndlərinə müasir standartlara cavab verən asfalt yollar çəkilmiş, əhalinin gediş-gəlişi üçün gözəl şərait yaradılmışdır. Yaxın vaxtlarda Qazax-Quşçu Ayrım yolu da əsaslı şəkildə yenidən qurulacaqdır. Qeyd etmişdir ki, rayonumuzda görülən işlər kifayət qədərdir. Lakin bununla yanaşı görüləcək işlər də çoxdur. Bildirmişdir ki, görüşün keçirilməsi kəndlərdə olan qayğı və problemləri yerli sakinlərdən öyrənmək məqsədini daşıyır.
Keçirilən görüşlərdə çıxış edən kənd sakinləri kənddə bütün sosialyönümlü məsələlərin öz həllini tapdığını, qaz və işıqla fasiləsiz olaraq təmin edildiklərini qeyd etmişlər. Çəkilən yeni asfalt yola və görülən bütün işlərə görə rayon rəhbərliyinə kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildirmişlər. Bununla yanaşı qayğı və çatışmazlıqlardan da söz açılmışdır. Görüşlərdə çıxış edənlər kənddə artezian quyusunun qazılmasının vacibliyini, uşaq bağçasının və yeni mədəniyyət evinin tikilməsinə ehtiyac olduğunu da qeyd etmişlər.
Görüşlərdə qaldırılan bütün məsələlər aidiyyatı üzrə qeyd edilmiş, rayon rəhbərliyi tərəfindən onların həlli istiqamətində konkret tapşırıqlar verilmişdir.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun kəndlərdə keçirdiyi görüşlər davam edir.