Vətəndaşlar Səyyar “ASAN qatar”ın xidmətindən razılıq edirlər
Bildiyiniz kimi, yanvar ayının 27-də Səyyar “ASAN qatar” respublikada ilk dəfə olaraq Qazax rayonuna gəlmişdir. Fevral ayının 1-dən etibarən rayon vətəndaşlarına xidmət etməyə başlamışlar. Göstərilən xidmətin dairəsi çox genişdir. Vətəndaşlara burada notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, tibb xidmətləri və Azərbaycan Dəmir Yolları ASC–nin bilet satışının həyata keçirilməsi ilə bağlı xidmətlər göstərilir. Elə ilk gündən başlayaraq rayon sakinləri yuxarıda göstərilən sahələr üzrə xidmətin fəaliyyətindən istifadə etməyə başlamışlar. Bunu xidmətə müraciət edən vətəndaşların sayından da aydın görmək olar. Fevral ayının 1-dən 4-dək 1123 nəfər vətəndaş xidmətin fəaliyyətindən yararlanmışdır. Şəffaf şəraitdə göstərilən xidmətdən əhali çox razılıq edir. Elə bunun nəticəsidir ki, gün ərzində minlərlə vətəndaş səyyar xidmətə müraciət edirlər.
Bütün bunlara görə rayon vətəndaşları ölkə başçısı İlham Əliyev cənablarına və onlar üçün yaradılmış şəraitə görə Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildirirlər.