Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda sınaq imtahanları keçirilmişdir

07 fevral 2017 | 16:00

       Qazax rayon ümumi təhsil məktəblərinin IX sinif şagirdlərinin yeni qaydalar əsasında buraxılış imtahanlarına hazırlıq məqsədi ilə 05 fevral 2017-ci il tarixdə  sınaq imtahanları keçirilmişdir.
       İmtahanlar Qazax rayonu İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun təşəbbüsü ilə təşkil edilmişdir. İstifadə olunan imtahan materialları “Kaspi Təhsil Mərkəzi” tərəfindən tərtib edilmişdir. İmtahanlar rayon üzrə üç mərkəzdə keçirilmişdir. Şəhər 1 saylı tam orta məktəbindəki mərkəzdə 21 məktəbdən 603 şagird, Daş Salahlı kənd 2 saylı tam orta məktəbindəki mərkəzdə 10 məktəbdən 186 şagird, Birinci Şıxlı tam orta məktəbindəki mərkəzdə 9 məktəbdən 203 şagird imtahanlara cəlb edilmişdir.  Rayon üzrə cəmi 35 nəfər şagird üzürlü və üzürsüz səbəblərdən imtahanlara gəlməmişdirlər.
İmtahan şagird, müəllim və valideynlər tərəfindən böyük razılıqla qarşılanmışdır. Bütün bu görülən işlərə görə rayon və təhsil ictimaiyyəti ölkə Prezidenti İlham Əliyev cənablarına və Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər