Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxın sərhəd kəndində əhalinin pulsuz tibbi müayinəsi aparılıb

20 fevral 2017 | 16:00

Ölkə Prezidenti İlham Əliyev cənablarının  tapşırığına əsasən fevralın 15-dən etibarən respublikamızın hər yerində olduğu kimi, Qazaxda da əhalinin pulsuz tibbi müayinəsinə başlanılıb.
Müayinəni bütün rayon ərazisində yüksək səviyyədə təşkil etmək üçün Qazax Müalicə Diaqnostika Mərkəzi ilə yanaşı, sərhəd kəndlərində yaşayan sakinlərə də tibbi xidmət göstərmək məqsədilə həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Lazımi avadanlıqlarla tam təchiz olunmuş həmin briqada rayonun sərhəd kəndi olan Bala Cəfərlidə olub. 254 nəfər kənd əhalisindən 39 nəfəri müayinə olunmuş və müayinə olunanlardan 5 nəfəri ambulator müalicəyə göndərilmişdir. 
Müayinələr əsasən terapevt, stomatoloq, kardioloq və ginekoloq həkimlər tərəfindən aparılıb.
  Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyev cənablarına dərin minnətdarlılqarını bildirmişlər.

Keçidlər