Şriftin ölçüsü :

Saytın rəngi :

Tütün üçün əkin sahələri genişləndirilir

21 fevral 2017 | 16:00

Ötən il Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da kənd təsərrüfatı məhsullarının artırılması məqsədilə bir sıra səmərəli işlər görülmüş və əkin sahələri daha da genişləndirilmişdir. Belə məhsullardan bir də tütündür. Rayonda 2016-cı ildə 10 hektar sahədə tütün əkilmişdir, həmin sahə 2017-ci ildə 50 hektara çatdırılmışdır. Hazırda 50 hektar ərazinin 45 hektarında şumlama işləri tam başa çatdırılmışdır. Tütün istixanaların hazırlanması və toxum tədarükü işləri artıq həll olunmuşdur. Rayonun 3 kəndində şitillər üçün istixanaların hazırlanmasına başlanılmışdır. Hazırda işlər sürətlə davam etdirilir.
Görülmüş işlər ondan xəbər verir ki, bu il rayonda bol tütün məhsulu istehsal  olunacaqdır. Çünki bu sahədə görülmüş işlər keyfiyyətlə və aqrotexniki qaydalara uyğun aparılmışdır.

Keçidlər