Şriftin ölçüsü :

Saytın rəngi :

“Yer Üzündə Bir Şəhid Şəhər Var: Xocalı” adlı ədəbi kompozisiya keçirilmişdir

22 fevral 2017 | 16:00

Qazaxda E.Hüseynov adına Mərkəzi Kitabxananın oxu zalında Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş “Yer Üzündə Bir Şəhid Şəhər Var: Xocalı” adlı ədəbi kompozisiya keçirilmişdir. Bir qrup tələbə və şagirdlər, fəal oxucular, şairə Asimə Hüseynin iştirak etdiyi tədbiri direktor Solmaz Babanlı açdı: Azərbaycan tarixinə qanla yazılan Xocalı soyqırımı bəşər tarixində ən dəhşətli hadisələrdən biri olub. Ümummilli lider Heydər Əliyev bu dəhşətli soyqırım haqqında demişdir: “1992- ci il fevralın 26- da Xocalıda baş verənlər  Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Çünki həmin vaxt hansısa kiçik cinayət hadisəsi deyil, bütöv Azərbaycan xalqına qarşı soyqırım aktı həyata keçirilmiş, bəşəriyyətin ən böyük faciələrindən biri törədilmişdir”.
Metodika və biblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynova “Xocalı faciəsinin acı gerçəklikləri” mövzusunda məruzə ilə çıxış etdi: “Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biridir. Öz miqyasına və dəhşətinə görə dünya tarixində analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları məkrli məqsəd güdürdülər...”Xocalıya Ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kompanyası beynəlxalq terrora qarşı mübarizədə hümanizm dəyərləri üzərində köklənmiş güclü və yeni strateji modeldir”.
  Tədbirdə şairə Asimə Hüseyn mövzu ətrafında  çıxış etdi və Xocalıya həsr etdiyi şeirini söylədi.  Fəal oxuculardan BDU-nun  Qazax filialının 1-ci kurs tələbəsi Əsədzadə Xalid özü yazdığı “Vətən” şeirini, Sosial-İqtisad Kollecinin tələbələri İsgəndərova Ayşən,  Hacıalıyeva Aytac - Asimə Hüseynin “Fəxrimizsən, ay Mübariz!”,  Yusifova Zülfiyyə “Ağlama, Xocalım!”, məktəblilərdən Cabbarov Şahbəddin - Həbib Nəbiyevin  “Bir millətin səsi”, Məhərrəmova Müjgan-  Asimə Hüseynin “Şəhid”, Mahmudova Əsmər,  Abdullayev Eldar  “Xocalı” şeirlərini söylədilər.
  Sonda Xocalı faciəsinə həsr olunmuş “Xocalı soyqırımını unutma!” adlı stendə və “Yer üzündə bir Şəhid Şəhər var : Xocalı!” adlı sərgiyə baxış keçirildi.

Keçidlər