Şriftin ölçüsü :

Saytın rəngi :

20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ YAD EDİLMİŞDİR

21 yanvar 2013 | 21:00

20 Yanvar faciəsinin 23-cü il dönümü ilə əlaqədar Qazax rayon icra hakimiyyətində anım mərasimi keçirilmişdir. Dəyirmi masada keçirilən tədbirdə ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi terror aktından danışmışlar. Bildirmişlər ki, o dövrdə faciə ilə bağlı xalqın fəryadına səs verin yalnız Ümummilli lider Heydər Əliyev olmuşdur. 20 Yanvar faciəsinə hüquqi-siyasi qiyməti də Ulu öndər vermişdir.
Yanvarın 20-də Şəhidlər Xiyabanında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunmuşdur. Saat 12.00-da respublikamızda olduğu kimi Qazax rayonunun bütün ərazisində də şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edərək abidənin önünə qirmizi qərənfillər qoymuş və faciə qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
 

Keçidlər