“05 Mart-Azərbaycanda Bədən Tərbiyəsi və İdman günü” münasibəti ilə “ İdman sağlamlıqdır” başlığı altında konfransın keçirilmiş dir.
“05 Mart -Azərbaycanda Bədən Tərbiyəsi və İdman günü ” münasibəti ilə Samux rayonunda “ İdman sağlamlıqdır” başlığı altında idman ictimaiyyəti ilə görüş təşkil olundu. 03 Mart 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Heydər Əliyev Mərkəzinin iştirakı ilə təşkil olunmuş tədbirdə bədən tərbiyəsi və idman müəllimləri , məşqçi müəllimlər, idmançılar, idman ictimaiyyətidə iştirak edirdi. Tədbiri giriş sözləri ilə açan Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev tədbir iştirakçılarını və bütün idman ictimaiyyətini bədən tərbiyəsi və idman günü münasibəti ilə təbrik etdi, bütün idmançılara gələcək nəaliyyətlərində uğurlar arzulayaraq qeyd etdi ki , dövlətimiz tərəfindən idmana göstərilən diqqət və qayğı yüksək səviyyədədir, Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Ardından Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Qurban Həsənov hər kəsi bu gün münasibəti ilə təbrik edərək , bir ölkənin idmançısı onun şanlı bayrağını yüksəklərdə dalğalandıran bayraqdarı , qürür mənbəyi, fəxridir deyə qeyd etdi , 2016-cı il ərzində idarənin idman sahəsi üzrə gördüyü işlər barədə geniş hesabatla çıxış etdi. Gənclər və İdman İdarəsinin rəis müavini Eynur Fərmanlı çıxış edərək bədən tərbiyəsi və idman günü münasibəti ilə idman ictimaiyyətini təbrik edərək , idman sahəsində qazanılan uğurlardan, idman siyasətinin ölkədə yüksək səviyyədə həyata keçirilməsindən , idmanın insan həyatındakı əhəmiyyətindən danışdı. Rayon İcra Hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər üzrə iş şöbəsinin baş məsləhətçisi Mehman Əliyev idmançıları Bədən Tərbiyəsi və İdman günü münasibəti ilə təbrik etdi , son illərdə ölkəmizin idman sahəsində qazandığı uğurların hər kəsi sevindirdiyini bildirdi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi Rüstəm Xudiyevdə öz növbəsində təbriklərə qoşularaq gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında bədən tərbiyəsi və idmanın böyük rolu olduğunu vurğuladı. Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə idmançılarımızı bu gün münasibətilə təbrik edərək ümummilli liderimiz Heydər Əliyevin idmançılara və idmana göstərdiyi diqqət və qayğıdan danışdı, Azərbaycanda keçirilən beynəlxalq çempionatlar , yarışların idman ölkəsinə çevrilməyimizə səbəb olduğunu qeyd etdi. Məşqçi müəllimlərdən Kikboksinq Klubunun direktoru Elnur Salamov , Uşaq Gənclər və İdman Məktəbinin sərbəst güləş üzrə məşqçi müəllimi Anar Cəlilov və başqa bədən tərbiyəsi və idman müəllimləri də təbriklərə qoşularaq rayonda idman və idmanın inkişafı haqqında geniş çıxış etdilər. Tədbirdə rayonun ictimai – siyasi həyatında göstərdiyi fəallıq və idman sahəsində qazandığı nəaliyyətlərə görə fərqlənən idmançılar Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırıldı. Sonda Ulu Öndər Heydər Əliyevin abidəsi önündə xatirə şəkilləri çəkildi.