Tədbir keçirilmişdir
Qazaxda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə RİHB aparatının məsul işçiləri, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, fəal qadınlar, əmək veteranları və KİV nümayəndələri iştirak etmişdir. Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov açmış, qadınlarımızı bayram münasibətilə təbrik etmişdir. Bildirilmişdir ki, Ümummilli Lider Heydər Əliyevin qadın və cəmiyyət siyasətində qadına diqqət və qayğı mühüm bir istiqamət kimi göstərilmişdir. Həmin siyasət bu gün ölkə Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Milli-mənəvi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız həmişə Azərbaycanın müstəqilliyi, güclü və qüdrətli dövlətə çevrilməsi yolunda böyük işlər görmüşlər. Dövlət quruculuğunun bütün sahələrində səylə çalışan və uğurlar qazanan qadınlarımız ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasında, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsində, elmin, mədəniyyətin, ədəbiyyatın inkişaf etdirilməsində böyük xidmətlər göstərmişlər. Tədbirdə xüsusi vurğulanmışdır ki, Azərbaycan xalqının milli-mədəni irsinin öyrənilməsində, xalqımızın dərin köklərə malik musiqisinin, ədəbiyyatının və mədəniyyətinin təbliğində Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini qadınlarımız örnək kimi qəbul edirlər.
Biz bu gün fəxrlə bildiririk ki, Qazax qadınları da həmişə öz üzərlərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirmişlər. Onlar bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin fəal müdafiəçiləri və iştirakçılarıdırlar. Rayonumuzun qadınları tarixin taleyüklü məqamlarında həmişə öz sözlərini demişlər və milli maraqlara söykənən mövqelərini nümayiş etdirmişlər.
Sonra təbrik üçün çıxışlar olmuş və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadınlara Fərxri Fərmanlar, gül dəstələri və qiymətli hədiyyələr verilmişdir.