İcra Hakimiyyətinin Başçısı sərhəd kəndlərində olmuşdur
Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov bayram ərəfəsində rayonun sərhəd kəndlərində olmuş və yerli əhali ilə görüşlər keçirmişdir. Görüş rayonun Quşçu Ayrım, Məzəm, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndlərinin sakinləri tərəfindən razlılıqla qarşılanmış və onların bayram sevincini daha da artırmışdır. Cənab Rəcəb Babaşov görüş zamanı əhalinin problemləri ilə maraqlanmış, onların Novruz bayramı münasibətilə təbrik etmişdir. Sonra bildirmişdir ki, mənim sərhəd kəndlərində yaşayan insanlara olna diqqət və qayğım, sizləri narahat edən məsələlərlə yaxından məşğul olmağım mənim iş planımın əsas hissəsini təşkil edir. Siz düşmənlə bir addımlıqda yaşayırsınız. Hər an düşmən gülləsi ilə üz-üzə gəlirsiniz, bizim üzərimizə düşən isə odur ki, sizlərlə hər zaman bir yerdə olaq və sizi narahat edən problemləri həll edək.
Quşçu Ayrım kənd sakinlərindən Məmməd Alıyev, Lətif Dünyamalıyev, Nuru Hacıyev, ağsaqqallardan Aslan Pirvəliyev, Süleyman Süleymanov, Fərəhli kənd sakinlərindən Əsmər Məmmədova, Natella Mollayeva, Alı Həsənov, Bala Cəfərli kənd ağsaqqallarından Ələkbər Heydərov, Sabir Vəliyev, Alı Alıyev, Mehman Nəbiyev və başqaları söz alaraq rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşova onlarla tez-tez görüşdüyünə və onların problemlərin həllinə köməklik göstərdiyinə görə dərin minətdarlıqlarını bildirmişlər. Qeyd etmişlər ki, bu bayram ərəfəsində bizlərlə görüşməyiniz, bizi təbrik etməyiniz bizə əsl bayram hədiyyəsidir. Biz çox sevinirik ki, siz daim bizimlə maraqlanırsınız, problelərimizin həlli üçün əlininizdən gələni edirsiniz. Buna görə də biz kənd sakinləri də sizin bayramınızı təbrik edirik və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Cənab Rəcəb Babaşov kənd sakinlərindən xoş əhval-ruhiyyə ilə ayrılmışdır.