GƏNCLƏR GÜNÜ QEYD OLUNMUŞDUR
Rayonumuzda 2 fevral Gənclər günü iləı əlaqədar tədbir keçirilmişdir. Qazax rayon İcra Hakimiyyətinin akt zalinda keçirilən tədbirdə müxtəlif sahələrdə çalışan ən fəal gənclər iştirak etmişdir.
Rayon gənclər və idman idarəsinin rəisi Vüqar Nəbiyev Gənclər günü ilə bağlı məruzə ilə çıxış edərək rayonumuzda müxtəlif sahələrdə çalışan gənclərin əldə etdiklərdən nailiyyətlərdən söz açmışdır. Çıxış edən digər natiqlər respublikamızda gənc nəslə göstərilən diqqət və qayğıdan danışaraq ölkə başçısına öz dərin minnətdarlıqlarını bildirmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov tədbirdə çıxış edərək Ulu öndər Heydər Əliyev tərəfindən gənckərə göstərilən diqqət və qayğının bu gün Prezident İlham Əliyevin davam etdirdiyini qeyd etmiş, gənc nəslə arzu və tövsiyələrini bildirmişdir.
Tədbirin sonunda rayon gənclər və idman idarəsi tərəfində bir qrup fəal gəncə Fəxri Fərmanlar və qiymətli hədiyyələr verilmişdir.