Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalinin tibbi müayinəsi uğurla davam edir

10 mart 2017 | 16:00

Artıq bir neçə ildir ki, dövlət başçısı cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə  ölkəmizdə vətəndaşların pulsuz tibbi müayinəsi həyata keçirilir. Ölkəmizin hər yerində olduğu kimi,  Qazaxda da bu vacib tədbirin mütəşəkkil keçirilməsi məqsədilə hazırlıq işləri aparılmış və tibbi personal bu işə cəlb olunmuşdur. Fevral ayının 15-dən start götürən tibbi müayinə hazırda rayonda uğurla davam edir. Kəndlərdə və digər yerlərdə yataq xəstələrinə həkim briqadaları evlərdə tibbi xidmət göstərir, eyni zamanda rayonun cəbhə bölgəsində yerləşən kəndlərinə tam tərkibdə səyyar həkim briqadaları ezam olunur. Bu günədək rayonda 15681 nəfər rayon sakini tibbi müayinədən keçirilmişdir. Bundan 307 nəfərinə ambulator müalicə təyin olunmuş, 71 nəfəri rayonda stasionar müalicəyə cəlb olunmuş,  31 nəfəri isə müalicə olunmaq üçün Bakı şəhərinə ixtisaslaşdırılmış xəstəxanalara göndərilmişdir.
Hazırda rayonda əhalinin tibbi müayinəsi uğurla davam edir.

Keçidlər