Rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilmişdir
Qazax rayon İcra Hakimiyyətinin akt zalında rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda rayon Ağsaqqallar Şurası sədrinin hesabatı dinlənilmiş, təşkilati məsələyə baxılmış və Respublika Ağsaqqallar Şurasının Qurultayına nümayəndə seçilmişdir.
Yığıncaqda dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov yığıncağı giriş sözü ilə açaraq respublikamızın son 9 ildə əldə etdiyi uğurlardan, qazanılmış nailiyyətlərdən, rayonda aparılan tikinti, abadlıq və quruculuq işlərindən danışmış, ağsaqqallara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan ətraflı söz açmışdır.
Tədbirdə ayrı-ayrı natiqlər çıxış edərək bildirilmişlər ki, Azərbaycanda ağsaqqallara ölkə rəhbərliyi tərəfindən hər zaman diqqət və qayğı göstərilmişdir. Ulu öndər Heydər Əliyevin ağsaqqallara göstərdiyi qayğının bütün təzahürləri bu gün Respublika Prezidenti İlham Əliyev cənablarının siyasətində özünü aydın şəkildə göstərir. Bütün bunlara görə çıxışlarda dövlət başçısına dərin minnətdarlıq və razılıq hissi ifadə olunmuşdur.
Tədbirin sonunda rayon Ağsaqqallar Şurasının sədri və Respublika Ağsaqqallar Şurasının qurultayına nümayəndə seçilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov tədbirə yekun vuraraq öz arzu və tövsiyələrini bildirmişdir.