YAP Qazax rayon təşkilatının hesabat yığıncağı keçirilmişdir
20 fevral 2013 | 16:00
Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının hesabat yığıncağı keçirilmişdir. Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən yığıncaqda rayon təşkilatının 2012-ci ildə gördüyü işlərə dair hesabatı dinlənilmişdir.
YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov hesabat məruzəsi ilə çıxış edərək təşkilatın 2012-ci ildə gördüyü işlərə dair partiya üzvlərinə məlumat vermişdir. Çıxış edən natiqlər ötən ildə rəhbərlik etdikləri təşkilatlarda görülən işlər barədə danışmışlar. Yığıncaqda rayon təşkilatının ötən ildə gördüyü işlər qənaətbəxş hesab olunmuş və rayon təşkilatının 2013-cü il üçün iş planı təsdiq edilmişdir.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov yığıncaqda çıxış edərək rayonumuzda həyata keçirilən tikinti-quruculuq işləri barədə ətraflı söz açmış, partiya üzvlərinə tövsiyələrini bildirmişdir.