Şriftin ölçüsü :

Saytın rəngi :

QURUCULUQ VƏ İNKİŞAF İLİ. Qazax rayonunda keçirilən 2012-ci ilin yekunlarına həsr edilmiş hesabat yığıncağında bu barədə danışılmışdır

22 fevral 2013 | 16:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Bununla əlaqədar Qazax rayonunda hesabat yığıncağı olmuşdur. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyev adına parka gələrək ümummilli liderin abidəsi önünə gül dəstələri qoymuşlar. Sonra Gənclər Mərkəzinin akt zalında yığıncaq öz işinə başlamışdır. Hesabat yığıncağında rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə, təşkilat rəhbərləri və sahibkarlar iştirak etmişdir. Tədbir iştirakçıları 2012-ci ildə Qazax rayonunda görülmüş işlərə dair filmə baxmışlar. Filmdə rayonda tikinti-quruculuq işləri aparılmış ərazilərin əvvəlki və indiki vəziyyətləri, istifadəyə verilmiş obyektlər foto-şəkillər vasitəsilə geniş əks olunmuşdur. Qazax rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov yığıncağı giriş sözü ilə açaraq tədbirin gündəliyi barədə yığıncaq iştirakçılarına məlumat vermişdir. Yığıncaqda rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov Qazax rayonunda 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat məruzə ilə çıxış etmişdir. Qeyd etmişdir ki, hesabat dövründə respublikamızda möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi altında genişmiqyaslı işlər görülmüşdür. Respublikamızda gedən dinamik inkişaf strategiyası Qazax rayonunda da davam etdirilmiş və 2012-ci ildə demək olar ki, bütün sahələr üzrə uğurlu göstəricilər qazanılmışdır. Hesabat dövründə əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində yaddaqalan tədbirlər həyata keçirilmiş, əhalinin elektrik enerjisi və təbii qaz yanacağı ilə təmin olunması sahəsində mühüm işlər aparılmış, rayonun kəndlərinin qazlaşdırılması tam başa çatdırılmışdır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa və quruculuq işləri 2012-ci ildə uğurla həyata keçirilmişdir. Yığıncaqda rayon maliyyə idarəsinin rəisi Novruz Abdullayev, paylayıcı elektrik şəbəkəsinin rəisi Vasif İmamverdiyev, təhsil şöbəsinin müdiri Əhməd Dərgahquluyev, sahibkar Xançoban Qocayev çıxış edərək hesabat dövründə görülən işlərdən söz açmışlar. Tədbir iştirakçıları əvvəlcədən zalda quraşdırılmış mikrafon vasitəsilə öz təkliflərini bildirmişlər. Milli Məclisin üzvləri Əhməd Vəliyev, İlyas İsmayılov, Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov hesabat yığıncağında çıxış etmişlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul olunmuşdur. Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov hesabat yığıncağına yekun vuraraq qarşıda duran vəzifələrdən, həyata keçiriləcək işlərdən danışmışdır. 21.02.2013
Keçidlər