Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı Soyqırımı ilə bağlı tədbir keçirilmişdir

26 fevral 2013 | 16:00
Azərbaycan Müəllimlər İnstitutunun Qazax Filialında "Xocalı Faciəsini Tanımayanlara ar olsun" adlı anım tədbiri keçirilmişdir. Tədbirdə filialın professor, müəllim və tələbə heyyəti ilə birgə qonaqlar da iştirak etmişdir. Tədbiri giriş sözü ilə Müəllimlər İnstitunun Qazax filialının direktoru Afaq Qasımova açmışdır. O, öz çıxışında Xocalı Faciəsinin azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə siyasəti olduğunu qeyd etmişdir. Sonra filialının Tədris işləri üzrə direktor müavini Məmməd Yusifov, tələbələrdən Nərgiz Qəhrəmanova, Aytac Hüseynova, Orxan Əhmədov, Fatimə Bayramova, Əfsanə Əsgərova və başqaları çıxış edərək zaman-zaman erməni daşnaqları tərəfindən xalqımıza qarşı törədilən faciələrlə bağlı məlumat vermişlər və Xocalı faciəsinin bütün dünyada tanınması üçün ölkə prezidenti İlham Əliyev cənabları tərəfindən həyata keçirilən tədbirlərdən danışmışlar Tədbirin sonunda Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Keçidlər