Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda qanvermə aksiyası keçirilib

21 aprel 2017 | 16:00

  Qazax rayonunda növbəti qanvermə aksiyası keçirilib. Qazax Müalicə Diaqnostika Mərkəzində keçirilən xeyriyyə aksiyasında rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, gənclər, rayon sakinləri iştirak ediblər.
  Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov rəhbərlik etdiyi kollektivlə birlikdə aksiyada iştirak etmişdir.
Müxtəlif qan xəstəliklərindən əziyyət çəkənlərə köməklik məqsədilə keçirilən tədbirdə Respublika Səhiyyə Nazirliyinin Bakı Mərkəzi Qan Bankının əməkdaşları qan vermək istəyən vətəndaşları müayinə edib və onlara məsləhətlər verdikdən sonra qanverməyə hazırlayıblar.
  Qazaxda mütəmadi olaraq keçirilən qanvermə aksiyası həmişə olduğu kimi bu dəfə də yüksək mütəşəkkillik şəraitində başlayıb və uğurla başa çatıb.
  Aksiya çərçivəsində könüllü olaraq qan vermək üçün mərkəzə 300 nəfərdən çox rayon sakini müraciət edib və onların 148 nəfərindən qan götürülüb.

Keçidlər