Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş mini futbol üzrə rayon turniri keçirilmişdir

07 may 2017 | 16:00

Olimpiya İdman Kompleksində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş həvəskar komandalar arasında mini-futbol üzrə rayon turniri keçirilmişdir.
Turnir iştirakçıları ulu öndərin adını daşıyan parka gələrək abidəsi önünə gül-çiçək dəstələri qoyub əziz xatirəsini böyük ehtirmla yad ediblər.
Turnirdə 18 komandadan 180 nəfərdən çox həvəskar idmançı mübarizə aparıb. 9-u şəhər və 9 kənd komandaları birincilik uğrunda yarışa qatılıblar.
Gərgin mübarizə şəraitində keçən turnirin yekununda Birinci Şıxlı kəndinin “Dəli Kür” komandası I yeri tutub. Qazax rayon Gənclər və İdman İdarəsinin komandası II yeri, “Topçular” komandası isə III yerə layiq görülüblər.
Qalib komanda kubokla, digər yer tutan komandalar isə müvafiq diplom və medallarla təltif olunublar.
Qərb Regional Futbol Federasiyasının rəhbərliyi isə I, II, III yeri tutmuş komandaları diplomla, qalib komandanın üzvlərini isə futbol geyimləri ilə mükafatlandırıb.

Keçidlər