Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənilərin Azərbaycanın Şuşa şəhərini işğal etməsindən 25 il ötür

08 may 2017 | 16:00

Ermənilərin Azərbaycanın Şuşa şəhərini işğal etməsindən 25 il ötür.  Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.
Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar. Ümumilikdə, 1992-ci il mayın 8-də Şuşanı işğalı nəticəsində  Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.
Bununla bağlı respublikamızın hər yerində olduğu kimi Qazax rayonunda da bir sıra silsilə tədbirlər həyata keçirilir. Şuşa şəhərinin işğalının 25-ci ildönümü ilə əlaqədar 08 may 2017-ci il tarixdə Qazax Rayon Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərova həsr edilmiş “Şuşalı şəhid” sənədli filminin  təqdimatı keçirilmişdir.
Film tamaşaçılar tərəfindən müsbət qiymətləndirilmiş və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında sanballı töhfə olduğu bildirilmişdir.
Tədbirdə Qazax RİHB aparatında baş məsləhətçi Sərdar Orucov və aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova iştirak etmişlər.

Keçidlər