Şriftin ölçüsü :

Saytın rəngi :

Faşizm üzərində Qələbənin 72-ci ildönümü qeyd edilmişdir

09 may 2017 | 16:00

Qazax rayon İcra Hakimiyyətində Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 72-ci il dönümü münasibəti ilə toplantı keçirilmişdir. Toplantıda RİHB aparatının məsul işçiləri, Böyük Vətən Müharibəsi veteranları, arxa cəbhə əmək veteranları, ağsaqqallar və KİV nümayəndələri iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov tədbiri giriş sözü ilə açmış, Qələbə günü münasibəti ilə veteranları və xalqımızı təbrik etmişdir. Böyük Vətən Müharibəsi veteranlarına ölkə Prezidenti İlham Əliyev cənabları tərəfindən dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışmışdır. Bildirilmişdir ki, böyük Vətən Müharibəsində Azərbaycandan 660 min nəfər iştirak etmişdir, 130 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Bu müharibəyə Qazax rayonundan 12510 nəfər səfərbər edilmiş, onlardan 5500 nəfəri döyüş səngərlərində qəhrəmancasına  həlak olmuş və 3200 nəfəri isə itkin düşmüşdür.
Müharibə illərində azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları vermişlər.
Hazırda veteranlarımız tərəfindən gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində səmərəli iş aparıldığı göstərilmişdir.
Toplantıda Böyük Vətən müharibəsi iştirakçılarından Xanqulu Süleymanov, Nəbi Nəbiyev, Hümbət Alıyev və başqaları çxış edərək onlara göstərilən köməyə, diqqətə və qayğıya görə ölkə Prezidentinə  və rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.
Sonra veteranlarla söhbət nahar süfrəsi arxasında davam etdirilmiş və xatirə şəkli çəkdirilmişdir.

Keçidlər