Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar ağacəkmə kampaniyası keçirilmişdir

10 may 2017 | 16:00

Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə sosial-iqtisadi  həyatın bütün sahələri ilə yanaşı, ölkəmizdə yeni parkların, qoruqların və yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirilmiş və bu istiqamətdə genişmiqyaslı tədbirlər hazırlanıb həyata keçirilmişdir. Bu gün müasir, müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyev tərəfindən əsası qoyulmuş ekoloji siyasət ölkə prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir.
Qazax rayonunda yeni yaşıllıqların salınması, bərpası,  mühafizəsi  və qorunması ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov, aparatın  əməkdaşları, idarə, müəssisə və təşkilatların əmək kollektivləri, ictimaiyyət nümayəndələri tərəfindən  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ağacəkmə kampaniyası  keçirilmişdir. Rayon sakinlərinin və ictimaiyyət nümayəndələrinin də fəallığı ilə müşayiət  olunan tədbirdə 1200 nəfərdən çox insan iştirak etmişdir. Bakı-Tbilisi magistral avtomobil yolunun Qazax rayonu ərazisindən keçən hissəsində iqlim şəraitinə uyğun 4 minə yaxın müxtəlif növ ağaclar əkilmiş, ağaclara aqrotexniki qaydada qulluq göstərilmiş və təmizlik-abadlıq işləri aparılmışdır.
Rayonda bu cür ağacəkmə kampaniyalarının  gələcəkdə də həyata keçirilməsi nəzərdə tutulur.

Keçidlər