Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayonunda 5 Mart – “Bədən tərbiyəsi və idman günü” münasibətilə tədbir keçirilmişdir

06 mart 2013 | 16:00
Tədbirdə rayonun bədən tərbiyəsi və idman işçiləri, idman müəssisələrinin rəhbərləri, idmaçılar və KİV nümayəndələri iştirak edirdi. Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin xatirəsi anılmış, abidəsi önünə tər çiçək dəstələri qoyulmuşdur. Mərasimi Qazax RİHB Aparatının məsul işçisi Rəşad Əhmədov açaraq həmin günün təsis edilməsi tarixindən, ölkəmizdə bədən tərbiyəsi və idman sahəsində əldə olunmuş uğurların Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olmasından, həmin siyasətin bu gün möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsindən ətraflı danışmışdır. Sonra söz Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyevə verilmişdir. O, 2012-ci ildə rayon gənclərinin idman sahəsində əldə etdiyi uğurlardan, 3 nəfər idmaçımızın Azərbaycan Bayrağını Dünyanın və Avropanın bir çox şəhərlərində yüksəklərə qaldırmağından, bir nəfər idmançımızın Avropa çempionu, 2 nəfər idmançımızın Dünya və Avropa birinciliklərinin qalibi, 6 nəfər idmançımızın isə Beynəlxalq turnirlərin qalibi və mükafatçısı olmasından ətraflı bəhs etmişdir. Göstərilmişdir ki, bədən tərbiyəsi və idman sahəsində il ərzində 34 tədbir həyata keçirilmiş, bu yarışlarda 2500 nəfərdən çox idmançı öz qüvvəsini sınamışdır. Rayondan kənarda keçirilən tədbir və yarışlarda 279 nəfər idmançı iştirak etmiş və rayonumuzu layiqincə təmsil etmişlər. Sonda idarənin rəisi bu tədbirlərin həyata keçirilməsində, uğurların qazanılmasında əməyi olan hər kəsə öz dərim minnətdarlığını bildirmişdir. Bundan başqa, veteran idmançı, Prezident Təqaüdçüsü Kamal Əhmədov, idarənin rəis müavini Sahib Namazov, Azərbaycan Respublikasının Əməkdar İdman Xadimi Rafiq Həsənov, rayondakı UGİM-nin baş məşqçisi Fazil İsmayılov və başqaları çıxış etmiş, öz arzu və təkliflərini söyləmişlər. Tədbirin yekununda fərqlənən 39 nəfər idmaçıya diplom və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Keçidlər