Şriftin ölçüsü :

Saytın rəngi :

Yeniyetmələr arasında açıq rayon turniri keçirilmişdir

10 may 2017 | 16:00

Qazax rayon İcra Hakimiyyətinin və "Turan bank" ASC-nin birgə təşkilatçılığı və sponsorluğu ilə Olimpiya İdman Kompleksində yeniyetmələr arasında açıq rayon turniri keçirilmişdir. Əvvəlcə Ulu öndər Heydər Əliyevin əziz xatirəsi anılmış və abidəsi önünə tər çiçək dəstələri qoyulmuşdur.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında  keçirilən açıq rayon turnirini SSRİ idman ustası, Əməkdar məşqçi, yarışın baş katibi Sahib Namazov açmışdır. Qazax RİHB aparatında şöbə müdirinin müavini Məhəmməd Orucov, SSRİ idman ustası, Əməkdar məşqçi, Prezident təqaüdçüsü Kamal Əhmədov, "Turan bank" ASC-nin İdarə Heyətinin sədr müavini Məhəmməd Kələşov və Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış etmişlər. Çıxışlarda Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətdə olduğu dövrlərdə idmana göstərdiyi diqqət və qayğısı, bu sahədə həyata keçirilmiş tədbirlər və görülmüş işlər, həmin siyasətin bu gün ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idman sahəsində qazanılmış nailiyyətlər və əldə olunmuş uğurlar və eləcədə Qazax rayonunda idmanın inkişafına göstərilən diqqət və qayğı ilə bağlı geniş və ətralı məlumat verilmişdir.
Yarışda Gəncə şəhərindən, Ağdam, Bərdə, Qəbələ, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından, ümumilikdə 246 nəfər idmançı qələbə uğrunda mübarizə aparmışdır. Onlardan 60 nəfəri qalib olmuş və mükafatlandırılmışlar.

Keçidlər