Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə toplantı keçirilmişdir

07 mart 2013 | 16:00
Tədbiri rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov açmış və bu bayramın əhəmiyyətindən, ölkəmizdə qadınlara dövlət səviyyəsində göstərilən diqqət, qayğıdan geniş danışmış və ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan qadını adının ucalığını həmişə, bütün dövrlərdə layiqincə qoruyub saxlamış, müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda misilsiz xidmətlər göstərmişdir. Bu xidmətlər möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən daim yüksək qiymətləndirilmişdir. Cənab Prezidentin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı 04 mart 2013-cü il tarixli təbrik məktubu, Respublikamızın ictimai siyasi həyatında fəal iştirak edən bir qrup qadınlara fəxri adların verilməsi deyilənlərə əyani misaldır. Biz inanırıq ki, sürətli dəyişikliklərin baş verdiyi indiki dünyada qadınlarımız maddi-mənəvi zənginliklərimizin qorunub saxlanılması üçün çalışacaqlar, ölkəmizin gələcək inkişafı naminə gənclərimizin milli dövlətçilik ruhunda tərbiyə olunmasında bundan sonra da bütün qüvvə, bilik və bacarıqlarını sərf edəcəklər. Sonra “Sevil” Qadınlar Məclisinin rayon təşkilatının sədri Bəsti Ələkbərova məruzə ilə çıxış etmişdir. Göstərilmişdir ki, mənəvi təbiətinə sadiq olan qadınlar zərifliyin, ülviliyin və gözəlliyin rəmzidir. Qadınlar həmdə ölkəmizdə, eləcə də rayonumuzda gedən sosial –iqtisadi, mədəni inkişafda, ictimai siyasi işlərdə, təhsil sahəsində fəal iştirak edirlər. Hazırda rayon əhalisinin 51%-n , işləyən əhalinin isə 63 %-ni qadınlar təşkil edir. Əlbəttə, bu çox böyük qüvvədir. Qadınlardan Qazax 5 saylı orta məktəbin direktoru Nəsibə Tağıyeva, AMİ-nin Qazax filialının direktoru Afaq Qasımova, Rayon Məşğulluq Mərkəzinin direktoru Səfurə Vəliyeva və başqaları çıxış edərək qadınları bayram münasibətilə təbrik etdilər. Sonda bayram münasibətilə rayonun ictinmai siaysi həyatında fəal iştirak etdiklərinə görə 90- nəfər qadına gül və qiymətli hədiyyələr verilmişdir.
Keçidlər