Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxıstan səfiri Qazax rayonunda olub

30 may 2017 | 16:00

Qazaxıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri B.O.İsabayev Qazaxda olub. 

            Mayın 29-da axşam saatlarında səfir B.O.İsabayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Qazağın ünvanını bildirən Obeliskin önündə qarşılanma mərasimi olub. Qonaqları rayon İcra Hakimiyyəti Başçısının müavinləri Tahir Musayev, Gulaya Həsənova və digər məsul işçilər qarşılayıblar. 

            Sonra qonaqlar Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbovun xatirəsini əbədiləşdirən Təyyarə Abidə Kompleksində olub və igid təyyarəçi haqqında məlumat alıblar. 
            Ertəsi günü qonaqlar ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək ümummilli liderin abidəsini ziyarət edib heykəli önünə gül dəstələri qoyublar. Sonra Heydər Əliyev Mərkəzində olan səfir B.O.İsabayev və digər qonaqlar dahi şəxsiyyətin həyat və yaradıcılığı ilə yaxından tanış olub, ümummilli liderin zəngin həyatını özündə əks etdirən filmə baxıblar. Mərkəzdəki planetariumda nümayiş etdirilən film qonaqlar tərəfindən maraqla qarşılanıb. 
            Səfir B.İsabayevin Qazax rayonuna  səfərinin əsas məqsədi rayon ilə ilkin tanışlıq və  onun haqqında ətraflı məlumat əldə etmək olmuşdur. Səfir B.İsabayevlə birlikdə Qazağa “Бабалар ізімен” (Əcdadların izi ilə) elmi ekspedisiyası da gəlmişdir. Ekspedisiyaya Qazaxıstanın paytaxtı Astana şəhərindən gəlmiş alim və türkoloqlar, “Xabar24” dövlət telekanalın və “Avrasiya” kanalın əməkdaşları daxildir. 

            Ekspedisiyanın üzvləri ilkin olaraq Qazağın ən qədim və zəngin tarixə malik olan “Göyəzən” dağına baş çəkiblər. Respublikanın əməkdar müəllimi Mustafa Mirzəyev qonaqlara “Göyəzən” dağının tarixi barədə ətraflı məlumat verib.

            Qazaxın tarixi yerlərindən biri olan Damcılıda olan qonaqlara bu qədim tarixi yaşayış məskəni haqqında ətraflı məlumat verilib, onun Azərbaycan tarixində oynadığı roldan danışılıb. Burada qonaqlar yerli sakinlərlə, tarixçilərlə görüşüb, fikir mübadilələri aparıblar. 
            Daha sonra ekspedisiyanın üzvləri Tarix-Diyarşünaslıq Muzeyində olaraq rayonu keçmişi, dünəni və bu günü barədə məlumat alıblar. Muzeyin direktoru Gülnaz Alışanova onları muzeydə olan qədim eksponatlarla tanış edib.

            Günün sonunda qonaqlar Ədəbiyyat Muzeyinə və Dədə Qorqud Abidə Kompleksinə də baş çəkiblər.

Keçidlər