“Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı çərçivəsində muğam konserti təşkil olunmuşdur
15 mart 2013 | 16:00
Ölkəmizin müxtəlif bölgələrində Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı keçirilir. Həmin Festival çərçivəsində 14 mart 2013-cü il tarixdə Qazax Rayon Mədəniyyət Mərkəzində muğam ifaçılarının iştirakı ilə konsert təşkil olunmuşdur. Tədbirdə rayon Mədəniyyət evinin işçiləri, rayonda fəaliyyət göstərən musiqi məktəblərinin müəllim və şagirdləri, muğamsevərlər, KİV və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Muğam konsertinin açılış mərasimindən sonra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Elmi-Metodik Mərkəzinin məsul işçisi Azər Məmmədov, Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Valeh Vəliyev və başqaları çıxış etmişdir. Həmin çıxışlarda Respublikmızda milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında, təbliğ olunmasında və gələcək nəsilə çatdırılmasında, Azərbaycan muğam sənətinin inkişafında Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətlərindən ətraflı bəhs olunmuşdur. Sonra muğam ifaçılarının konsertinə başlanılmışdır. Xanəndələrdən Ramil Balacanovun, Nəsimi Kamaloğlunun, Heydər Babayevin, İsmət Şıxıyevin, Afiq Cəfərovun və başqalarının ifa etdikləri muğam və təsniflər tamaşaçılar təfərindən alqışlarla qarşılanmış və böyük marağa səbəb olmuşdur