Şriftin ölçüsü :

Saytın rəngi :

AMİ-nin Qazax filialı Novruz şənliyi keçirmişdir

16 mart 2013 | 16:00
AMİ-nin Qazax filialının təşəbbüsü və təşkilatçılığı ilə Qazax Rayon Mədəniyyət Mərkəzində Novruz şənliyi keçirilmişdir. Tədbiri filialın direktoru Afaq xanım Qasımova açmış və Novruzun xalqımızın ən qədim və ən gözəl bayramlarından biri olduğu bildirilmişdir. Qeyd olunmuşdur ki, Novruz bütün türk xalqlarının bayramıdır. Ölkəmiz müstəqillik qazandıqdan sonra bu bayram hər il dövlət səviyyəsində təşkil olunmuşdur. Hazırda isə bu bayram BMT-nin və YUNESKO-nun qərarı ilə beynəlxalq səviyyədə qeyd olunur. Bu, böyük nailiyyətdir və bunun əldə olunmasında Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın böyük xidmətləri olmuşdur. Bayram şənliyi ilə əlaqədar Mədəniyyət mərkəzinin səhnəsi Novruz atrubutlıarı ilə bayramsayağı bəzədilmişdir. Şənlik Kosa və Küçəlin səhnəyə gəlişi ilə başlamışdır. Gözləriniz aydın! Ellər Obalar, Bahar gül taxtına çıxmağa gəlir. Görün nə uğurlu qədəmləri var, Torpağın əlini sılxmağa gəlir. Kosa və Keçəlin şənlik boyu baməzə sözləri və gülməli hərəkətləri, Novruz adət ənənələrinin, maraqlı səhnələrin göstərilməsi, mahnı və rəqslərin ifa olunması, musiqiçilərin məharətli çıxışları şənliyə tamaşa edənlərdə xoş ovqat yaratmışdır. Bahar Qızın səhnəyə gəlişi ilə tədbir iştirakçılarının xoş əhval ruhiyyəsi və marağı daha da artmışdır. Bayram şənliyi günün axırınadək davam etmişdir.
Keçidlər