Şriftin ölçüsü :

Saytın rəngi :

Yurdumuza Novruz gəlir, yaz gəlir

20 mart 2013 | 16:00
Elimizin müqəddəs bayramı olan Novruz hər gəlişi ilə yenidir, sevimlidir. Bu günlər qədim Odlar yurdunun bütün bölgələrində bayram əhval-ruhiyyəsi hər addımda hiss olunur. Erməni qəsbkarları ilə 168 km məsafədə mərd dayanan Qazax rayonunda da bu bayrama xüsusi hazırlıq işləri görülmüş, şəhər və kəndlər bayramsayağı, Novruz atributları ilə bəzədilmişdir. İnsanlarda əsl bayram təbəssümü və xoş əhval-ruhiyyə vardır. Bayram şənliyi Rayon Mədəniyyət Mərkəzinin qarşısında başladı. Şənliyi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Fərman Nağdalıyev açdı və xalqımızı bu böyük bayram münasibətilə təbrik etdi. Bayramın əhəmiyyəti, son 9 ildə ölkəmizin keçdiyi böyük inkişaf yolu barədə geniş məlumat verdi. Sonra bayram şənliyinə start verildi. Kosa və Keçəlin, Bahar qızın söhbətləri, göstərilən tamaşalar, Azərbaycanın Milli musiqi alətləri ilə ifa olunan müxtəlif rəqslər, Novruzla bağlı oxunan rəngarəng mahnılar rayon əhalisinin və tamaşaçıların sevincinə səbə olmuş, onların bayram əhval-ruhiyyəsi daha da artmışdır. Bayram günü 675 Qarabağ Müharibəsi Əlilinə, şəhid ailəsinə və aztəminatlı ailəyə bayram sovqatı verilmişdir. Şənlik günün sonunadək davam etmişdir.
Keçidlər