Şriftin ölçüsü :

Saytın rəngi :

Səməd Vurğun Poeziya günlərinə həsr olunmuş tədbir keçirilmişdir

22 mart 2013 | 16:00
21 mart 2013-cü il tarixdə Azərbaycanın xalq şairi Səməd Vurğunun anadan olmasının 107-ci ildönümü ilə əlaqədar Səməd Vurğun Poeziya Evində tədbir keçirilmişdir. Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının nümayəndələri, şairlər və vurğunsevərlər iştirak etmişdir. Məclisi Yazıçılar Birlyinin Qazax filialının sədri, Əməkdar İncəsənət xadimi, şair Barat Vüsal açmış və Qazax RİHB-nın müavini Gülayə Həsənova S.Vurğunun yaradıcılığı ilə bağlı çıxış etmiş, maraqlı fikirlər söyləmişdir. Yazıçılardan Zaməddin Ziyadoğlu, Ələddin İncəli, İsa Cavadoğlu, Bilal Qoca, Nəriman Mehdixanlı, Tamella Polad, Bahəddin Haçadağlı, Rəfayıl İncəyurd və başqaları S.Vurğuna həsr etdikləri şerlərini söyləmişlər. Şairin “Vaqif” dramından səhnələr göstərilmişdir. Üç yaşlı Nuray Məmmədova tərəfindən şairin əzbər söylənilmiş şerləri tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur. Sonda tədbir iştirakçıları Poeziya Evinə qiymətli kitablar hədiyyə etmişlər və şairin səsi yazılmış lent yazısına qulaq asmışlar.
Keçidlər