31 mart qurbanlarının xatirəsi yad edilmişdir
30 mart 2013 | 16:00
Qazax Rayon İcra Hakimiyyətində “31 mart – Azərbaycanlıların Soyqırımı günü” ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Qazax rayonu İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov açmış və soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra erməni cəlladlarının xalqımıza qarşı törətdikləri soyqırım siyasəti, onların bu siyasətinin bütün bəşəriyyətə qarşı cinayət olduğu, qətliamlar, insanlığa yad olan vəhşiliklər barədə ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, bu soyqırıma uzun müddət siyasi qiymət verilməmiş və soyqırım kimi tanınmamışdır. Lakin Ulu Öndər Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra həmin hadisələrə hüquqi-siyasi qiymət verilmiş və soyqırım kimi tanınmışdır.
Tədbirdə RİHB-nın müavini Gülayə Həsənova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Rayon Təhsil şöbəsinin metodisti Əli Süleymanov, məcburi köçkün Allahverən Poladov çıxış etmişlər və həmin hadisələrin dünya dövlətləri və xalqları tərəfindən də soyqırım kimi tanınacağına inandıqlarını bildirmişlər.