Şriftin ölçüsü :

Saytın rəngi :

Taxıl biçini uğurla davam etdirilir

10 iyul 2017 | 16:00

Qazax rayonunda 2017-ci ilin təsərrüfat ilində 11028,3 hektara yaxın sahədə taxıl əkilmişdir. Əkilən sahənin 2750,6 hektarı arpa, 8277,7 hektarı isə buğda olmuşdur.
Rayonda iyun ayının ortalarından taxıl biçininə başlanılmışdır. Bu məqsədlə əvvəlcədən hazırlıq işlərinə start verilmiş, kombaynların və digər texnikanın saz vəziyyətə gətirilməsi təmin olunmuşdur. Taxıl sahələrinin optimal müddətdə və itkisiz yığılmasını təşkil etmək məqsədilə sahələrə 39 kombayn cəlb olunmuşdur.
Əvvəlki illərə nisbətən bu il zəmilərdə daha çox məhsul yetişdirilmiş və məhsuldarlıq çox olmuşdur.
Bu günədək rayonda 2705 hektar arpa, 2532 hektar buğda biçilərək  fermerlərə təhvil verilmişdir.
Hazırda rayonda taxıl biçini uğurla davam edir.

Keçidlər