“31 Mart – Azərbaycanlıların soyqırımı günü” qeyd edilmişdir
30 mart 2013 | 16:00
AMİ-nin Qazax filialında “31 Mart soyqırımı heç vaxt unudulmayacaq” mövzusunda toplantı keçirilmişdir. Toplantını filialın direktoru, dosent Afaq xanım Qasımova açmış, soyqırım ilə bağlı toplantı iştirakçılarına geniş məlumat vermiş və faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra filialın direktor müavini Nizaməddin Babanlı, dekan müavini Mübariz Süleymanov, tələbələrdən Elmar Məmmədov, Orxan Əhmədov, Cəmalə Şıxlinski və Pərviz Bayramov mövzu ilə bağlı maraqlı çıxışlar etmişlər. Belə bir fikir vurğulanmışdır ki, bu faciə Ulu Öndər Heydər Əliyevin azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra öz hüquqi-siyasi qiymətini almış və soyqırım kimi tanınmışdır.
Tədbirin sonunda 31 mart – Azərbaycanlıların soyqırımı ilə bağlı video-çarx nümayiş etdirilmişdir.