Azərbaycan Qadınlarının IV qurultayına hazırlıqla əlaqədar konfrans keçirilmişdir
Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən konfransı Rayon İcra Haklimiyyətinin Başçısı cənab Ayaz Əsgərov açaraq tarixin müxtəlif dövrlərində Azərbaycan qadınının elmin, mədəniyyətin, səhiyyənin, bütövlükdə, ölkəmizin inkişafında, gənc nəslin vətənə sədaqət ruhunda tərbiyəsində, müharibə şəraitində ölkənin müdafiəsində, müstəqillik əldə etməsində, qorunmasında, cəmiyyətin idarə olunmasında və diplomatiya sahəsində misilsiz xidmətlər göstərdiyini söyləmişdir. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın səmərəli və çoxsahəli fəaliyyəti xüsusi qeyd olunmuşdur. Vurğulanmışdır ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən möhtəşəm layihələr, Azərbaycanın dünyada tanınması, milli-mənəvi dəyərlərimizin təbliğ olunması və digər önəmli tədbirlər qadınlarımızın potensialını bir daha açıq göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının apardığı Dövlət Qadın siyasəti nəticəsində bu gün Azərbaycan qadını daha da inkişaf edir, ölkəmizdə və bütün dünyada böyük qələbələrə imza atır.
Konfransda RİHB-nın müavini Gülayə Həsənova məruzə ilə çıxış etmiş, qadınlarımızın həyatın bütün sahələrində qazandığı uğurlardan danışmışdır.
Rayon Qeydiyyat şöbəsinin müdiri Tükəzban İbrahimova, RİHB aparatında hüquq şöbəsinin müdiri Məsumə Səmədova, Qazax şəhər 5 saylı orta məktəbin direktoru, YAP Qadınlar şurasının sədri Nəsibə Tağıyeva çıxış etmişlər.
Sonda rayonun ictimai siyasi həyatında fəal iştirak edən 16 nəfər qadın Azərbaycan Qadınlarının IV qurultayına nümayəndə seçilmişdir.
Konfransın işində Azərbaycan Respublikası Milli Məclisin deputatı Qənirə xanım Paşayeva iştirak və çıxış etmişdir.