Qazaxda nanotexnologiya elmi ilə bağlı layihə həyata keçirilib
Bu gün Qazax rayonunda nanotexnologiya elmi ilə bağlı tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “ Nanotexnologiya Akademiyası və Nanotexnologiya Olimpiadası” layihəsi çərçivəsində keçirilən tədbirin məqsədi nanotexnologiya elmi haqqında gənclərə daha ətraflı məlumat vermək, gənc nəslin marağını bu istiqamətə yönəltməkdir.
Gənclər Mərkəzində keçirilən tədbirdə gənclərin müxtəlif təbəqələri, elm adamları, müəllimlər və mətbuat nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə layihənin rəhbəri Aytək Məmmədli açaraq bildirib ki, nanotexnologiya elmi haqqında ilkin biliklər mövcud olmadığına, bu elm ölkəmizdə tədris olunmadığına görə, onların öyrədilməsi üçün belə maarifləndirici tədbirlərin keçirilməsi vacibdir. O, tədbir iştirakçılarını nanotexnologiya elmi haqqında məlumatlandırıb. Qeyd edib ki, nanotexnologiya- atomlar sənətidir və daha kiçik molekullarla işləməyə imkan verir. Nanos –balaca, cücə mənasını verir və 10 -9 ölçüdə olur. İnsan gözünün ayırd edə bilməyəcəyi, dəfələrlə kiçikcik elementlər nanocuqlardır.
O, daha sonra bu elmin tarixi haqqında məlumat verərək qeyd edib ki, bu elmin əsası 1959- cu ildə Feyman tərəfindən qoyulub. O, “Aşağıda yer yoxdur” adlı məqaləsində nanotexnologiya elminin sirləri haqqında yazıb. Drexler isə 1968-ci ildə “Nanotexnologiya” elmi sözünü ilk dəfə işlədib. Nanotexnologiyanın vətəni ABŞ hesab olunur. Almaniyada da geniş yayılıb.
Nanotexnolgiya elmi gəlir gətirən sahədir. Elə buna görə də müxtəlif sahələrə - əsasən kimya, bilologiya, fizika kimi sahələrə tətbiq olunur. Eyni zamanda riyaziyyat, kompyuter elmləri, tibb, əczaçılıq və müdafiə sənayesinə də tətbiq edilir. Bu elmin sənayenin inkişafına da böyük rolu vardır.
Sonda A.Məmmədli tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.